Azərbaycanda bu nəhəng qurum ləğv edilə bilərmi?

Azərbaycanda bu nəhəng qurum ləğv edilə bilərmi?Deputat Fazil Mustafa AMEA-nın dövlətin tabeliyindən çıxarılması ilə bağlı fikir səsləndirib. O bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentini akademiklər seçir. Dövlət qurumu olduğu üçün prezident bu seçimi təsdiq edir. Amma əgər AMEA nə vaxtsa hansısa bir ictimai quruma çevrilərsə, o zaman başqa bir qurum və ya dövlət başçısı tərəfindən təsdiqi gerçəkləşdirilmir.

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Zahid Oruc bildirib ki, AMEA-nın ləğvi ilə bağlı səsləndirilən fikirlər konkret alimlərə qarşı yönəlib: "Bir sıra hallarda dünyada olan təcrübənin yalnış öyrənilib bizə ötürüldüyünü söyləyirlər. Akademiya kimə maneə olur?. Axı orada alimlər öz elmi tədqiqatlarını beynəlxalq aləmə çıxardır və yaxud da ölkə daxili işlərini həyata keçirirlər. Bundan əlavə Sovet təcrübəsinin yalnış olduğunu söyləyirlər. Düşünürlər ki, dövlət AMEA-nın vasitəsilə o sferada olanları nəzarət altında saxlamağa çalışır. Bu da onların sərbəstliyinə mane olur. Mən bu arqumentləri qəbul etmirəm. Ziyalı və yüksək mədəniyyətə malik olan alimlərimiz var. Onlar akademiya sistemində birləşərək bir tərəfdən yaxşı mühüt formalaşdırıb, gənclərin oraya axışını təmin edirlər. Əgər problem varsa onu aradan qaldırmaq lazımdır. Akademiyanın ləğvi nə bizə verəcək. Hər kəsin elm uğrunda meydanımı genişlənəcək. Yaxud da alimlərin sayı artacaq? Hər bir sahənin öz birliyi var. Alimlərin niyə olmasın? Akademiyanın ləğvi həqiqətənmi böyük dövlət vəsaitlərinə qənaət olacaq? Mən bu fikirlərlə razı deyiləm. Düşünürəm ki, akademiya mövcud olmalıdır. Onu şaxələndirib, beynəlxalq münasibətləri gücləndirmək lazımdır. Bu sistemdə onu gücləndirib, yeni təcrübələrdən istifadə etmək lazımdır. Düşünürəm ki, AMEA-nın ləğvi problemləri həll etmir".

Təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının bir çox institutları elmə xidmət etmir: "O, elmin inkişafına ciddi şəkildə problemlər yaradır. Bu institutun direktoru öz ətrafına ya qohumlarını yığıb, ya da özü kimi düşünənləri. Əsl elmə xidmət etmək istəyən, mütərəqqi fikirli şəxslərə onlar müxtəlif yollarla maneə yaradır, imkan vermirlər. Ona görə də, AMEA-ya gənclər gəlmir, gələn gəncləri də süni şəkildə uzaqlaşdırır, onları elmi tədqiqat işlərini müdafiə etməyə imkan vermirlər. Azərbaycan alimləri dünyada ciddi qəbul edilmirlər. Onların tədqiqat işlərinə istinad demək olar ki, olmur. Beynəlxalq ciddi jurnallarda bizim akademiklərin, alimlərin məqalələri çap olunmur. Ancaq onlar 3-cü, 5-ci dərəcəli adi jurnallarda pulla məqalə nəşr etdirirlər. Rusiyada elm sahəsində "V mire nauki" adlı məşhur bir jurnal dərc olunur. Bu jurnalın hər nömrəsində tanınmış alimlərlə dəyirmi masa keçirilir. Cəmiyyəti, dövləti maraqlandıran problemləri müzakirə edirlər. Bizdə 3 alimi bir yerə yığmaq mümkün deyil. Azərbaycan cəmiyyətində alimlərin rolu demək olar ki, yoxdur.

Bundan əlavə o, söyləyib ki, bu gün Azərbaycan elminə Milli Elmlər Akademiyası lazım deyil. Heç bir faydası yoxdur. Bircə onlar Novruz çərşənbələrinə görə lazımdır. Hesab edirəm ki, məhz tədqiqat universitetləri yaradılmalı , AMEA ləğv olunmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1084   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999