Rusiyada milyarder əməliyyatı: Növbə Ağalarova çatdı? - FOTOLAR

Rusiyada milyarder əməliyyatı: Növbə Ağalarova çatdı? - FOTOLARRusiyada Hesabalama Palatası "Avtodor" dövlət konserni və azərbaycanlı milyarder Araz Ağalarovun "Crocus İnternational" şirkətinin öz öhdəliklərini yarıtmaz yerinə yetirməsi ucbatından Mərkəzi dairəvi avtomobil yolunun smeta dəyərinin 15 milyard rubla qədər artdığını, yolun təhvil verilməsi üçün son müddətin isə uzanaraq 2019-cu ilə keçdiyini bildirir.

Virtualaz.org Life.ru-ya istinadən xəbər verir ki, Ağalarovun şirkətinə qarşı irəli sürülmüş bu iradlar barədə Hesablama Palatasının kollegiya iclasında açıqlanıb. Auditor Valeri Boqomolov bildirib ki, həmin yol infrastrukturu layihəsində iştirak edən dövlət şirkətlərinin və fərdi investorların 2016-2017-ci illər üçün fəaliyyətini araşdırıb. Məlum olub ki, baş podratçı "Crocus İnternational" üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, nəticədə layihənin dəyəri artıb.

Rusiyada milyarder əməliyyatı: Növbə Ağalarova çatdı? - FOTOLARHesablama Palatası auditin nəticələrini müzakirə edərək belə qənaətə gəlib ki, yol tikintisi layihəsi yarıtmaz həyata keçirilir. Nəticədə yolun tikintisinin büdcəsi 13.5 milyard rubla qədər artıb. O cümlədən federal büdcədən 1.9 milyard dollar ayırılıb.

Palata auditin nəticələrini Baş prokurorluğa, İqtisadi İnkişaf Nazirliyinə və Nəqliyyat Nazirliyinə göndərib. Xahiş edib ki, Araz Ağalarovun şirkətinin Mərkəzi dairəvi avtomobil yolunun tikintisindəki fəaliyyətini araşdırıb hüquqi qiymət versin.

Auditorlar müəyyən ediblər ki, "Avtodor" dövlət konserni uzunmüddətli investisiya razılaşmasının şərtlərini pozaraq Ağalarovun şirkətinə işlərin 30 faizinin görülməsi üçün 12.6 milyard rubl ödəməli olduğu halda "əliaçıq" davranıb və 14.6 milyard rubl ödəyib. Bu da müəyyən olunmuş 5 faizlik limiti keçir.

Rusiyada milyarder əməliyyatı: Növbə Ağalarova çatdı? - FOTOLAR"Pullar işlərin 35 faizinin yerinə yetirilməsi üçün ödənilib, amma cəmi 23.4 faiz iş görülüb"-Hesablama Palatasındakı mənbə deyib. Habelə Ağalarovun şirkətinin çəkdiyi yolun texniki hazırlıq səviyyəsi 15 faizə güclə çatır. Boqomolovun müfəttişləri müəyyən ediblər ki, 2017-ci ildə tikintidə 1100 fəhlə və 630 maşın-mexanizm işləməli olduğu halda tikinti meydançasında cəmi 50 işçi və 30-a yaxın texnika görünüb. Habelə tikinti işləri keyfiyyətsiz görülüb, standartlara cavab vermir.

"Avtodor" konserninin rəhbəri Sergey Kelbax Hesablama Palatasının iclasında özünü müdafiə etməyə çalışaraq deyib ki, Crocus İnternational" bütün nöqsanları aradan qaldırmağa söz verib.

Rusiyada milyarder əməliyyatı: Növbə Ağalarova çatdı? - FOTOLARAğalarovun şirkətindən isə Hesablama Palatasında deyilənləri şərh etmirlər. Mərkəzi dairəvi avtomobil yolunun ümumi uzunluğu 530 kilometrdir. Layihənin ümumi dəyəri 300 milyard rubldan yuxarıdır.

Qeyd edək ki, Ağalarovun şirkətinə qarşı bu cür ittiham ilk dəfədir irəli sürülür və bu, Rusiyada dağıstanlı oliqarx-milyarder, "Summa" şirkətlər qrupunun sahibi Ziya Maqomedovun, qardaşı Maqomed Maqomedovun və şirkətin digər vəzifəli şəxslərinin həbsindən az sonra baş verir. Ziya Maqomedov baş nazir Dmitri Medvedyevə bağlı oliqarxdır. Maraqlıdır ki, Ağalarovun da Medvedyevlə yaxın münasibətləri var və onun şirkəti məhz Medvedyevin prezidentliyi dövründə iri dövlət sifarişləri almağa başlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1914   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672