Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARŞou-biznes nümayəndələrinin bir çoxlarının yolu həbsxanadan keçib. Onlardan bəziləri hazırda elə həbsdədir.

BiG.AZ cinayət əməllərində hallanan, həbsxanaya düşən məşhurları təqdim edir:

Siyahımızın ilk sırasında idmançı Kamil Zeynallı dayanır. O, açıqlamasında iki dəfə həbsxanada yatdığını deyib:

"Bir il türmədə olmuşam. Bir dava olmuşdu, mənə söyüş söyülmüşdü. Həmin söyüşə görə başım çevrilmiş, əsəbilərim korlanmışdı. İki dəfə başıma belə hadisə gəlib, həbsdə olmuşam".

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARMüğənni Maral Tahirqızının da yolu həbsxanadan keçib.

Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda azadlıqdadır.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARMəşhur meyxanaçı Mahir Cürət də həbsdə yatıb. 2016-cı ildə narkotik üstündə tutulan meyxanaçı artıq həbsdən çıxıb. Mahir Cürət Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasında cəza çəkib.
Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARXanım müğənnimiz Fədayə Laçın da hazırda həbsxanadadır. Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARNövbəti sırada tanınmış müğənni-bəstəkar Tunar Rəhmanoğlu dayanır. Azəri Günelin qardaşı kimi də tanınan ifaçı 2013-ci ilin mayın 4-də həbs edilib. Səbəb isə Tunarın avtoşluq etməsi və polisin qanuni tələbinə məhəl qoymaması olub. O, 10 gün həbs yatıb.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARMüğənni Vüsal Əliyevin də yolu həbsxanadan keçib. O, Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Bir müddət Moskvada yaşayan müğənni Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARAzərbaycanı ilk dəfə "Eurovision-2008" mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə də adı cinayətdə hallanan məşhurlardandır. O, dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də baş verib.
Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARReper Elşad Xose (Əliyev) də narkotikdən istifadə etdiyi üçün həbs olunanlardandır. O, 2010-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARRejissorlardan Aqil M.Quliyevə 2013-ci il aprelin 23-ü Xətai rayon Məhkəməsində keçirilən prosesdə 1 il 6 ay həbs cəzası verilib. Səbəb kimi, rejissorun Marianna Turabova adlı şəxsdən 150 min manat pul alması və pulu geri qaytarmadığı göstərilib.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARGənc Tamaşaçılar Teatrının rejissoru Ağalar İdrisoğlu yolu həbsxanadan keçənlərdəndir. A.idrisoğlu Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Onun barəsində istintaq müddəti üçün 2 ay həbs-qətimkan tədbiri seçilib. O, bir qrup şəxslə birgə şəbəkə biznesində təqsirləndirilib.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov isə soyğunçuluqda günahlandırılıb. 2008-ci ilin yanvarında saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi oxunub. O, 6 il həbs cəzası alıb.
Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3929   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 487
.

"Səbri daşıran bir damla olur, instaqramda bir-birimizi izləmirik..." - Ülviyyə

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Murad İsmayılla boşanmalar

16:57 0
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 463
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19.04.2024 1296
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1458
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 8504
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1208
.

İlkin Həsəni xanımının gizli çəkdiyi videosunu paylaşdı

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Aysel Həsəni ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, həyat yoldaşının gizli videosunu çəkib. Görüntüləri instaqram hesabında paylaşan İlkin "Sevinir, instaqram profili bərpa olunub" sözlərini yazıb. Qeyd edək ki, Ayselin 342 minlik instaqra

18.04.2024 1056
.

"Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını..."

"Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır". OLAY yazır ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, müğənninin ölümü ilə bağlı kədərini dilə gətirib:. "Sonuncu danışığım qızının keçmiş həyat yoldaşını verilişdən uzaqlaşdırmağıml

18:50 0