Güllələnən Rahim Namazov ilə MÜSAHİBƏ - VİDEO

Güllələnən Rahim Namazov ilə MÜSAHİBƏ - VİDEOBiG.AZ xəbər veirr ki, Fransada yaşayan və 6 gün əvvəl naməlum şəxs tərəfindən güllələnən azərbaycanlı Rahim Namazov barəsində yayılan xəbərlərdən sonra GoldNews.Az redaksiyası ilə əlaqə saxlayaraq barəsində yayılan xəbərlərə münasibət bildirib:

Həmin müsahibəni təqdim edirik:

- Rahim bəy, bu gün avtomobilinizin güllə-boran edildiyinin görüntüləri yayıldı. Bu görüntüləri mətbuata kim ötürüb?

- Bu video mənim və həyat yoldaşımın güllələndiyi hadisənin videosu deyil, başqa bir görüntünü bizimki kimi təqdim edirlər. Çünki mənim avtomobilimin markası "Jaquar"dır, bu videoda isə atəş açılan maşın "Mercedes"dir. Yəni tamam başqa videodur.

- Ümumiyyətlə, hadisə barədə nə deyə bilərsiniz?

- Mən heç bir "qanuni oğru"nu söyməmişəm, təhqir etməmişəm. Mənim səsimi montaj edərək belə videolar yayıblar, yəni mənim heç bir günahım, heç kimlə də problemim yoxdur.

- Səhhətiniz necədir?

- Bədənimdə 4 güllə yarası var, canımla əlləşirəm. Bununla yanaşı, həyat yoldaşımın meyitini Azərbaycana yola salmağa çalışıram. Bir tərəfdən də belə xəbərlər, videolar.

- Bundan sonra hansi addımları atmağı düşünürsünüz?

- Azərbaycan mətbuatında barəmdə yazan saytları məhkəməyə verəcəyəm, hazırda vəkilim dəlilləri toplayır, əlində kifayət qədər materiallar var. Özü də Avropa Məhkəməsinə müraciət edəcəyəm. Mənim barəmdə bəziləri qərəzli mövqelər sərgiləyirlər. Belə görünür ki, böyük bir müsahibə verməli olacağam. Yazmasınlar mənim barəmdə, acıma hörmət eləsinlər.

- Başqa demək istədiyiniz nə isə varmı?

- Hələlik bu qədər kifayətdir. Barəmdə yazılanları silsinlər yetər.

Qeyd edək ki, bu ilin mart ayının 30-da Fransanın Tuluza şəhərində yaşayan Rahim Namazov və həyat yoldaşının olduğu avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Rahim Namazovun ümumilikdə, maşına 7 dəfə atəş açılıb. Aldığı güllə yaralarından həyat yoldaşı dünyasını dəyişib.

Rahim Şəkinskinin avtomobilinin görüntüləri olduğu iddia edilən həmin video:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1118   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cavanşir Məmmədov vəfat etdi - Yenilənib

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. Axşam.az-ın məlumatına görə, 70 yaşlı müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib. *. Müğənninin ölümü ilə əlaqədar Axşam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:. "Əməkda

13:23 1337
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 462
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 193
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 318
.

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblər

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunara

15:01 0
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 654
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 379
.

Elza Seyidcahan Cavanşir Məmmədov haqqında: "Dahi sənətkar idi" - VİDEO

"Çox gözəl insan idi. Məclislər yaraşığı idi". xəbər verir ki, bu sözləri bu gün dünyasının dəyişən Əməkdar artist Cavanşir Məmmədov haqqında danışarkən müğənni, Əməkdar artist Elza Seyidcahan deyib. O vəfat xəbəri barədə məlumatı jurnalistlərdən aldığını deyib. "Evdən çıxırdım ki, jurnalis

14:50 0
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 612