Pensiyalarla bağlı mühüm AÇIQLAMA

Pensiyalarla bağlı mühüm AÇIQLAMADövlət tərəfində hər dəfə pensiyalar artırılsa da yenə də yaşlı insanlarımız yenə də işləməyə davam edir. Başqa dövlətlərə nisbətən Azərbaycanda verilən pensiya ailə dolandırmaq üçün yetərli hesab olunmur.

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a açıqlamasında iqtisadçı-ekspert. Samir Əliyev qeyd edib ki, orta əmək haqqı aşağı olan ölkədə heç zaman pensiya yuxarı ola bilməz:

"Pensiya əmək haqqına bağlı olur: "Azərbaycanda bu gün orta əmək haqqı 525 manatdır. Amma böyük əksəriyyətinin aldığı maaş 525 manatdan aşağıdır. Bizdə bir çox insanın aldığı təxmini maaş 300 manatdır. Bura müəllimlər, həkimlər və başqaları daxildir. Belə olan halda insanlarımıza verilən pensiyaların miqdarı yuxarı ola bilməz. Avropada hər 3-4 işləyənə bir pensiyaçı düşür. Amma bizdə pensiyaçılarla işləyənlərin sayı demək olar ki, eynidir. Pensiyaların artımı üçün ilk öncə bu problemi aradan qaldırmaq lazımdır. Çünki bu cür vəziyyət pensiyaların verilməsinə böyük əngər yaradır. Nə qədər artım olsa da pensiyalar aşağı olacaq. Pensiyanın artması üçün ilk öncə orta əmək haqqı artırılmalıdı. Təkcə qanunvericiliyi dəyiməklə problemləmin həlli mümkün deyil. İnsanların aldığı əmək haqqı artmalıdır ki, onun qarşılığında pensiyalar da qalxsın.

Samir Əliyev onu da vurğulayıb ki, Azərbaycanda yaşlı insanlara yanaşım düzgün deyil. Əgər qocalmısansa evdə nəvələrinə baxmalısan. Amma başqa dövlətlərdə bu belə deyil. Onlar evdə oturmaq əvvəzinə müxtəlif ölkələrə səyahət edir və yaxud da işlərinə davam edirlər. Amma bizdə işə qəbul zamanı təcrübəyə deyil, yaşa baxırlar. İlk öncə bu tendensiya aradan qaldırılmalıdır. Problem yaşlı insanların işləməsi deyil. Onların harda işləməkləridir. Pensiya yaşına çatan adam işləmək istəyir. Niyə də buna qadağan qoyulsun. Bu yaxınlarda baş verən qəza nəticəsində bir yaşlı xanım həyatını itirdi. Onun əvəzində cavan bir insan ola bilər. Problem işin nə qədər təhlükəli olması ilə bağlıdır. Bu gün kifayyət qədər pul xərclənir. Niyə belə yerlər üçün avadanlıqlar alınmır. Yolların təmizlənməsi üçün əl əməyindən istifadə olunur. Düşünürəm ki, təhlükəli yerlərdə avadanlıqlardan istifadə olunmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5249   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0
.

"Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq"

"Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 389

10:46 0
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 0
.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27.03.2024 437
.

İsrail ordusu Livan sərhədində bəzi yolları bağlayıb

İsrail ordusu Livan sərhədində bəzi yolları mülki avtomobillərin hərəkətinə bağlayıb. xəbər verir ki, Times of Israel qəzetindəki xəbərə görə, mülki avtomobillərin hərəkətinə bağlı olan yollar Yuxarı Qaliley bölgəsinin Livan sərhədinə yaxın əraziləridir. Xəbərdə İsrail ordusunun Livan sərhədində bəz

27.03.2024 169
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27.03.2024 398