Bakıda yeni qadağa: hündür binalar tarixə qovuşur? – VİDEO

Bakıda yeni qadağa: hündür binalar tarixə qovuşur? – VİDEOBakıda çoxmərtəbəli binaların tikintisinə qadağa qoyula bilər. Belə bir təkliflə milli məclisin deputatı Azər Badamov çıxış edib. Millət vəkili belə bir halın beynəlxalq praktikada mövcud olduğunu deyir.

Məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində maraqlı sujet yayımlanıb.

Qonşu Türkiyədə bu qadağa mərtəbələrin sayının azalması ilə tətbiq olunur. Əslində bütün dünyada meqapolislərdə hündürmərtəbəli binalara maraq böyükdür. Bu təkcə gözəlliyə görə deyil həm də tikintinin maya dəyərinin aşağı salınmasına xidmət edir. İstənilən halda qiymətlərə təsir edən ən böyük faktor torpaq sahəsinin qiymətidir.

Bu gün 16 mərtəbəli binada bir kvadratmetr mənzilin qiyməti 5 mərtəbəli binadakı mənzildən qat-qat ucuz olur. Yəni məhdudiyyət tətbiq olunarsa, daşınmaz əmlak bazarında qiymətlər yüksələ bilər.

Razi Abbasbəyli – İqtisadçı: "Hündürmərtəbəli binaların inşaası ilə bağlı məhdudiyyət qoyulacaqsa, bu iqtisadi tərəfdən orta sahibkarlığa ciddi təsir göstərə bilər".

Rəşad Əliyev – Əmlak bazarı üzrə ekspert: "Şəhərin inkişafı, binaların tikilməsi sivil qaydada həyata keçirilməlidir. Əgər biz maya dəyərinə təsir edən faktorlardan danışırıqsa, bu o demək deyil ki, kiçik ərazidə çox sayda binalar tikilməlidir".

Tikinti bumundan sonra paytaxtın mərkəzində baş qaldıran sıxlıq özünü yollarda tıxac problemi ilə göstərdi. Düzdür, müəyyən qədər bunun qarşısı yeni-yeni yollar, körpülərlə alınsa da, problem yenə də mövcuddur. Millət vəkili bunun üçün şəhərdən kənar ərazilərə göz gəzdirməyin vaxtı çatdığını deyir.

Azər Badamov – Millət vəkili: "Şəhərin şəhərsalma məcəlləsinə uyğun tikilməsi lazımdır. 25-30 mərtəbəli binaların tikilməsi şəhərdə insan sıxlığı yaradar. Bu da yollarda hərəkət üçün çətinlik yaradar".

Ancaq bir məsələ də var ki, sahibkarlar şəhərdən kənarda tikinti aparmaq da maraqlı deyil. Həmin ərazilərdə infrastruktur problemi olduğundan tikinti şirkətləri burda bina ucaltmağa maraq göstərmir. Ekspertlər düşünür ki, şəhər kənarında binalar ucaltmaq üçün dövlət qurumlarını, universitetlərin bir hissəsi həmin ərazilərə köçürülməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1226   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 341
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455