"Səbinəni yuyurdular, amma anasının göz yaşları ilə..."

"Səbinəni yuyurdular, amma anasının göz yaşları ilə..."Beyninə qan sızaraq dünyasını dəyişən məşhur həkim Səbinə Mirzəyevanın ölümü hər kəsi kədərləndirib.

Həkimin qəfil ölümü eşidən hər kəsi, yaxınlarını, onu tanıyanları şoka salıb.

BiG.AZ jurnalist Türkan Məmmədlinin S.Mirzəyevanın ölümü ilə bağlı yazdığı statusu təqdim edir:

Nə olar, deyin yalandı...
-Nə yalandı?
-Səbinə xanıma heç nə olmayıb deyin. Siz jurnalistsiz, bilərsiz. Nə olar yalandı deyin. Onu çox sevirdim.
-Xanım, nə olub Səbinəyə? Heç nə anlamıram. Nəyi nəzərdə tutursuz?
-Səbinə xanım vəfat edib, deyirlər...

Məhz belə aldım bu ağlıma gəlməyən xəbəri. İnsan bir anda heçə düşür e, bax elə oldum. Birinci dedim yalandı. "Özünə yığıb soruşa bilmərəm ki, bu nə xəbərdir. Ayıb olar!" deyə düşündüm və yaxınlarını axtardım. Heç kim cavab vermədi. Bu an bayaq heçim qorxu, təəssüf hissi ilə əvəzləndi.

Yoldaşımla birgə evinə getdim. Məhələ bom-boş idi. Respublika ilə bir adı olan insanın ölümü üçün bu mənzərə çox sakit idi. Dedilər nəfəsi qayıdıb, apardılar klinikaya. Axrıncı dəfə belə nəyə sevinmişdim,bilmirəm. Üz tutduq klinikaya. Yol boyu dua etdim. Allah balalarına bağışlasın,dedim. Telefonlarım dayanmadı. Hamı məndən eyni cavabı almaq üçün xahiş belə edir: "Nə olar, şad xəbər de".

Biz də pis xəbər eşitməkdən qorxub, klinikanın dünyanın o başında olmasını istəyirdik. Amma orada da tapmadıq onu. Dedilər "Göy Məsçid"ə aparıblar… Səbinə Mirzəyevanı məsçidə aparıblar! Düşünə bilmirdim. Niyə ora aparılmasını anlamaq istəmirdim.

Çatdıq… O da haqq dünyasına çatmışdı artıq. Yüzlərlə insanın dünyaya gəlməsinə şahid olan qadın şahidliyimizlə dünyadan köçürdü.

Qulağıma fəryad səsi gəldi.

-Gözəl balam. Dünyanı sənsiz istəmirəm, Səbinə!
Ana fəryadı, naləsi, üsyanı idi bu. Qulaqlarım ağrıdır. Səbinəni yuyurdular, özü də anasının göz yaşı ilə, sanki... Onu son mənzilə yola salmaq, elədiklərinin haqqını ödəmək üçün yuyulma mərasiminə mən də girdim. Ağ-appaq, mələk kimi idi. İnsan ölərkən gözəlləşir, deyirlər düzdü. Ancaq o elə sağlığında da gözəl idi. "Zərrə qədər haqqım varsa üzərində, halal edirəm" dedim. Elə çətin mənzərə idi. Qüsullanmış Səbinə ilə qardaşı, yoldaşı, anası, qohumları görüşürdü. Bütün baş verənlərin fonunda yenə ana fəryadı səslənirdi. Yenə qulağım ağrıdı! Ananın ürəyi qədər olmaz,sözsüz!

Səbinəni heç bir il deyildi tanıdığım. Həmişə harasa tələsirdi. Bütün işləri tez görmək, planları dərhal həll etmək kimi istəyi var idi. Layihələri böyür-böyürə düzərdi. Bir gün yoldaşım ona dedi, bu qədər niyə tələsirsən? Hamısını edəcəksən! Dedi "Bilirəm tez öləcəm. Çatdımalıyam hamısını. 40 yaşımdan yuxarı yaşamayacam".

Elə təzə 40 yaşını qeyd etmişdi. Özü də demişdim ki, bu yaşı keçirmə, düşmür! Sözümə baxmadı, son zamanlar üzünə baxmadığım... Aramız bir az soymuşdu. Amma yenə də əlamətdar günlərdə yazışıb, təbrik edərdik biri-birimizi! Ana olmağımı çox istəyirdi. Söz vermişdi ki, uşağım dünyaya gələndən sonra 7 il sərasər Həcc ziyarətinə zəvvar yollayacaq. Mənim üçün qurbanlar demişdi, nəyə qurban getdiyini bilmədiyim...

Yenə Ofa xalanın naləsi qulağıma gəlirdi. Qızını öz evinə gətirərkən kitablarını, şəkillərini açıb düzdü üstünə. Əlinə alıb, qışqırırdı...
-Görün nə gözəldir balam! Səbinə mən öləydim, ağlayardın. Məni qoyub hara getdin. Anan ölərdi, ay Səbinə! Kimin nəfsinə gəldi balam. Bu gün bizə gələsi idi. AzTV-nin xəbərləri onu göstərəcəkdi. Gözüm sənsiz baxmaz dünyaya!

Dünən konfransı baş tutub. Orada doğuş zamanı baş verən ana ölümündən söz açıb. Bu gün 2 balasını həyata təhvil verib, getdi.
Hər kəs yaşayacaq, böyüyəcək. Bir sən olmayacaqsan, doktor! Dünyada neçə-neçə canlı əsərlərin qaldı. Qadının bətnində daşıdığı övladına özündən öncə sən toxunardın. Günahların varsa, bağışlanmasını istəyəcəm Allahdan! Yerin cənnət olsun...

Elman Məmmədov
"Səbinəni yuyurdular, amma anasının göz yaşları ilə..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9386   Tarix: 04 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254