Qəfildən ölən tanınmış həkim nüfuzlu şəxsin qızıdır

Qəfildən ölən tanınmış həkim nüfuzlu şəxsin qızıdırXəbər verdiyimiz kimi, "Baku Medical Plaza"nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün günorta saatlarında vəfat edib. Həkimin ölümünə səbəb kimi qəflətən təzyiqinin qalxması göstərilir.

Kütləvi İnformasiya Vasitələri (KİV) ilə yaxşı münasibətləri olan ginekoloq ATV-nin zərif qəhrəmanlarından da biri olmuşdu. Belə ki, o, bir neçə ay əvvəl kanalda yayımlanan eyniadlı verilişə qonaq kimi dəvət edilib. Həyatı, ailəsi və karyerasından bəhs edən S. Mirzəyeva qalib gəldiyi çətinliklərdən və gələcək planlarından danışıb:

"Zəhərlənib, komaya düşdüyüm üçün qəbul imtahanına gedə bilməmişdim. Həmin an mənim üçün ilk həyat sınağı olmuşdu. Komadan ayılanda pərişan vəziyyətdə idim. Ancaq bir ilimi itirsəm də, sonradan Tibb Universitetinə qəbul olundum, oxudum, bitirdim.

Mən deyərdim ki, həkimliyə gedən yolum atamdan başlayıb. Özü də respublikada tanınmış bir həkimdir və mənə bu yolda mayak olub. 24 saat cərrahiyyə otağından çıxmadığım vaxtlar olub. Ancaq ən əsası odur ki, mən hər zaman işimdən zövq almışam.

Qarşıma məqsəd qoydum ki, zamanla mən öndə olacam, çalışacam və bacaracam. İşə düzəldikdən bir ay sonra ailə həyatı qurdum. Hərdən düşünürəm ki, qismətimə başqa bir insan çıxsa, məni işləməyə qoymasa, bugünkü uğurumu qazana bilməzdim.

Doğuşunu qəbul etdiyim ilk şəxs yaxın rəfiqəm olub. Yəqin mənə çox güvənirdi. O vaxtlar təcrübəsiz olduğum üçün qayınanası ilə də söz-söhbətləri yaranmışdı.

Mən hər yeni doğulmuş körpəylə saflaşıram. Çox duyğusal hallar yaşayıram hər dəfə. Bəzən 48-72 saat klinikada, bir xəstənin başında oluruq. Bizim bayramımız yox, gəzməyimiz yox, toyumuz yox... Heç unutmuram, kiçik oğlumun əlifba bayramı idi, gedə bilməmişdim. Axşam o uşağın üzünə baxa bilmədim, rəfiqələrim də danladı. Ancaq gün gələcək, onar məni anlayacaq".

Verilişdə xəstələrinin sevgisinin onun üçün çox vacib olduğunu tez-tez qeyd edən mərhum ginekoloq gücü məhz onlardan aldığını bildirib:
""Göydə Allah, yerdə sən!" - bu sözü hər dəfə eşidirəm. Və bununla fəxr edirəm. Düşünürəm ki, məni sevən ailələrin duasının 10 faizi mənim övladlarıma çatsa, mən dünyanın ən bəxtəvər anası olaram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9687   Tarix: 04 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264