Azərbaycanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA - VİDEO"Facebook", "İnstagram" sosial şəbəkələrində məktəblərdən azyaşlı uşaqları oğurladığı iddia edilən naməlum şəxsin görüntüləri yayılıb. Paylaşım edən şəxslər bu kişinin uşaq oğrusu olduğunu iddia edərək, şəxsi görən və tanıyanlardan təcili olaraq polisə məlumat vermələrini xahiş edirlər.

BiG.AZ xəbər verir ki, görüntülər Sumqayıt şəhəri, 10-cu mkr. ərazisində yerləşən 24 nömrəli məktəbin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrəndik. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə publika.az-a bildirdi ki, yayılan məlumatlar əsasında heç bir şikayət daxil olmayıb və bu sadəcə çaşqınlıq yaratmaq məqsədilə ilə yayılan görüntülərdir:

"Nə Sumqayıtda, nə də paytaxtın digər ərazilərində yerləşən məktəblərdə, ümumiyyətlə, respublikanın heç bir bölgəsində, orta ümumtəhsil müəssisələrində, heç bir uşaq oğurluğu qeydə alınmayıb. Görüntülərin ictimaləşməsindən sonra videonun çəkildiyi ehtimal edilən 24 saylı orta məktəbin direktoru Sumqayıt şəhər Polis İdarəsinə dəvət olunub. Direktor izahatında rəhbəri olduğu məktəbdə bu cür halın baş vermədiyini, yayılan məlumatların şayiə olduğunu bildirib".
O.Mansurzadə vətəndaşları ayıq-sayıq olmağa, bu cür əsassız informasiyalara inanmamağa çağırıb:
"Vətəndaşlardan qarşılaşdıqları, yaxud üzləşdikləri hər bir qanun pozuntusu, kriminal hadisə barədə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətinə, eləcə də aidiyyatı üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur".
Xatırladaq ki, bir müddət əvvəl də orta məktəbin həyətində məktəblilərə narkotik tərkibli konfet verildiyi iddia edilən səs yazısı yayılmışdı. Rəsmi qurumların araşdırmalarından sonra həmin səs yazsının əsassız olduğu müəyyən edilmişdi.

Görüntülərin çəkildiyi iddia edilən 24 saylı orta məktəblə əlaqə saxladıq. Məktəb direktoru Publika.az-a bildirdi ki, bu onların məktəbin həyəti deyil:

"4 aydan çoxdur bu məktəbin direktoruyam. Burada elə hadisələr heç vaxt baş verməyib. O görüntüləri kim yayıb bilmirəm, nə məqsədlə yayılıb, bilmirəm. Dünəndən hər kəs bizə zəng edir. Bizim məktəbdə heç bir şagird təcavüzə məruz qalmayıb. Valideynlər məsələ ilə bağlı ciddi narahatlıq keçirirlər. Uşaqlar məktəbə gəlməyə qorxur. Belə əsassız şayiələri kim yayırsa, xahiş edirik, bizə kömək edin, o şəxs tapılsın və lazımı cəzanı alsın".
Məktəb direktorunun sözlərinə görə, görüntülərin çəkildiyi yer məktəbin hasarından xeyli aralıda yerləşir:

"Həmin görüntülərə baxmışam. Bu nə 28 nömrəli məktəbin, nə də 24 nömrəli məktəbin həyəti deyil. Heç yaxınlığı da deyil. Bizim məktəbin bir tərəfi bağçaya baxır, digər tərəfi isə hündürmərtəbəli binadı. Əraziyə gəlib baxsanız, özünüz görəcəksiz. Valideynlər çox narahatdır. 1-4-cü sinif şagirdlərinin valideynləri gəlmədən məktəbdən çölə buraxmırıq. Bu günə qədər bizim məktəbimizdə bu kimi hadisələr heç vaxt yaşanmayıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2686   Tarix: 03 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 278
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 356
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

20:00 90
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 1320
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 314
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 324
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 333
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

15:32 223
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 325