Boksçunu öldürməyə cəhd etdi: Bir yumruqla... – Cinayət işi

Boksçunu öldürməyə cəhd etdi: Bir yumruqla... – Cinayət işiXudat şəhərində peşəkar boksçunu öldürməyə cəhddə təqsirləndirilən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Namiq Novruzovun cinayət işi üzrə proses başa çatıb.

Dəfələrlə məhkum olunan Namiq Novruzov sonuncu dəfə həbsdən 2015-ci il yanvarın 22-də azad edilib.

O, həmin vaxt 2013-cü ildə aldığı 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini məntəqə tipli müəssisədə çəkirmiş.

Həbsdən azad edilən Namiq Novruzov yenə eyni əməllərini davam etdirib. Əvvəllər narkotik vasitələr gəzdirmə, adam bıçaqlama kimi cinayət törətdiyi üçün məhkumluq həyatı yaşamasına baxmayaraq, bu dəfə də bıçağı əldən yerə qoymayıb.

Namiq Novruzov həbsdən azad edildikdən 5 ay sonra, yəni həmin il iyunun 14-də yenə də ağır cinayət törədib. Həmin gün saat 18 radələrində Xaçmaz rayonunun Xudat şəhərindəki "3-cü şöbə" deyilən ərazidə sərxoş vəziyyətdə qaynı Elşax Nadirovla mübahisə edib.

Qaynı ilə əl-qol hərəkətləri işlətməklə başlanan zarafat davaya çevrilib. Sonda o, əvvəlcə qaynını yumruq-təpiklə vurub, sonda bıçaqla xəsarət yetirib. İstintaq orqanı tərəfindən Namiq Novruzova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Namiq Novruzov apelyasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin şikayəti araşdırılıb.

Təqsirləndirilən şəxsin vəkili Janna Bağırova deyib ki, Namiq Novruzovla Elşax Nadirov öz aralarında yumruq davası ilə bir növ məşq ediblər: "Lakin həmin məşq zamanı Elşax Nadirov yumruq zərbəsi ilə Namiq Novruzovu vurub və sonuncu "nokaut" vəziyyətinə düşərək özündən gedib. Zərərçəkmiş Elşax Nadirov professional boksçudur və onun təqsirləndirilən şəxsə vurduğu bir yumruq zərbəsi Namiq Novruzov özündən getməsinə səbəb olub. Namiq Novruzov özündən gedərək huşsuz vəziyyətdə qalandan sonra isə onun ayılıb və professional bir boksçunu döyüb, ağır xəsarət yetirməsi inanılmazdır. Bu fiziki cəhətdən də mümkün deyil".

Vəkil qeyd edib ki, Məhkəmə iclasında ifadə verən şahidlərdən də heç biri Namiq Novruzovun Elşax Nadirovu döydüyünü bildirməyib: "İttiham tərəfindən bu barədə məhkəməyə heç bir sübut təqdim edilməyib. Məhkəmə isə bütün bunlara əhəmiyyət vermədən ibtidai istintaqın səhvlərini gizlətməyə çalışıb. Məhkəmə araşdırması səthi aparılıb, iş üzrə əhəmiyyət kəsb edən sübutlar toplanaraq cinayət işinə əlavə edilməyib.

Namiq Novruzovla Elşax Nadirov arasında döyüş keçirilən zaman orada olan digər şəxslər bunu həvəslə izləyib və hətta telefon vasitəsi ilə döyüşü videoya da çəkiblər. Namiq Novruzov həmin vaxt Elşax Nadirovun zərbəsindən huşunu itirəndən sonra isə onları izləyən kütlə Elşax Nadirovu döyüb və ona xəsarətlər yetiriblər".

Janna Bağırovanın qeyd etdiyinə görə, istintaq tərəfindən Elşax Nadirovun kim tərəfindən döyülməsi müəyyən edilməyib: "Bu səbəbdən ibtidai istintaq orqanı Namiq Novruzova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edib. Həmin ittihama əsasən, Namiq Novruzovun Elşax Nadirovu yumruq, təpik, daş və taxta parçası ilə vurduğu qeyd olunsa da, bunu təsdiq edən hər hansı sübut cinayət işinin materiallarında mövcud deyil".

Vəkil şikayətində qeyd edib ki, məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməyib, daş, taxta parçası olmadığı halda, Namiq Novruzovun Elşax Nadirovu daş və taxta parçası ilə vurması göstərilib: "Namiq Novruzov Elşax Nadirovla zarafatyana döyüş edən zaman onlar bir-birilərinə yumruq vurublar. Bu isə ən çox 2 və ya 3 dəqiqə çəkib. Yəni Namiq Novruzov zərərçəkmiş Elşax Nadirova qəsdən deyil, ehtiyatsızlıqdan yüngül xəsarətlər yetirib. Onlar biri-birlərini dalaşmaq, intiqam və ya sair bu kimi niyyətlə vurmayıb, zarafatla döyüşüblər".

Janna Bağırova bildirib ki, Namiq Novruzov Elşax Nadirovun yeznəsidir və Elşax Nadirovun Namiq Novruzovla həmin vaxta qədər heç bir münaqişəsi olmayıb: "Namiq Novruzov Elşax Nadirova ağır xəsarət yetirməyib. Əksinə, həmin döyüş zamanı Namiq Novruzov zərərçəkmiş Elşax Nadirovun zərbəsindən huşunu itirib və yerə yıxılıb. Bundan sonra isə Namiq Novruzov ətrafda baş verənlərdən xəbəri olmayıb. Zərərçəkmiş Elşax Nadirovun kimlər tərəfindən döyüldüyünü Namiq Novruzov bilməyib".

Vəkil çıxışının sonunda müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyib. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Namiq Novruzovun apelyasiya şikayəti təmin edilməyib.

mənbə: teleqraf.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1173   Tarix: 02 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233