"Ermənilər bizi öz əsgərləri ilə səhv salmışdı" - Aprel döyüşlərinin PƏRDƏARXASI

"Ermənilər bizi öz əsgərləri ilə səhv salmışdı" - Aprel döyüşlərinin PƏRDƏARXASIAprel döyüşlərindən 2 il ötür.

Ermənistanla Azərbaycan arasında atəşkəsin olmasına baxmayaraq, silahlar demək olar ki, heç zaman susmayıb. Kiçik toqquşmalar dəfələrlə olub. Lakin 2016-cı ilin aprel ayında baş verənlər qısa müddətli bir müharibə idi. Həmin günlərdə cəbhənin Füzuli istiqamətində Lələ təpə və ətraf ərazilər, Tərtər istiqamətində isə Talış yüksəkliyi düşmən işğalından azad edildi.

Aprel döyüşlərində digər ordu birləşmələri ilə yanaşı xüsusi təyinatlı qüvvələrin əməyi danılmazdır. Dəfələrlə düşmən arxasına keçib, xüsusi əməliyyatlar edən həmin dəstə aprel döyüşləri zamanı ordumuzun önündə olub.

Yenicag.az həmin döyüşlərin iştirakçısı, kapitan Əliağa Zeynalovun müsahibəsini təqdim edir:

Qısa arayış:

Əliağa Əsgər oğlu Zeynalov – 1986-cı il sentyabrın 18-də Səlyan rayonunda anadan olub. 2001-2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 2004-2008-ci illərdə Azərbaycan ali hərbi məktəbini bitirdikdən sonra leytenant hərbi rütbəsi alaraq, ordu sıralarına göndərilib. Müəyyən bir vaxtdan sonra "Xüsusi təyinatlı qüvvələr" kursunu bitirərək, həmin qüvvələrdə qrup komandiri vəzifəsinə təyin olunub. Dəfələrlə tapşırıqlarda iştirak edib. Bunun son nəticəsi olaraq, 2016-cı il aprel ayının 1-də erməni silahlı qüvvələrinin Azərbaycana hücumunun qarşısını almaq üçün keçirilən əməliyyatlarda iştirak edib. Talış kəndindəki yüksəklikdə yaralanıb. 2016-cı il aprel döyüşlərindən sonra kapitan rütbəsində ordu sıralarından ehtiyata buraxılıb.

– Döyüş əməliyyatı necə başladı ?

– Düşmən qüvvələrinin bizim mövqelərimizi ələ keçirəcəkləri ilə bağlı kəşfiyyat məlumatı əldə etmişdik. Bunun qarşısını almaq üçün əməliyyata hazırlaşdıq. Aprel ayının 1-i gecə saat 23.00 radələrində düşmən postlarına yaxınlaşdıqda pusquya düşdük. 2 saata qədər döyüşdükdən sonra düşmən mövqeyini yarıb, onun arxasına keçdik. Saat 05:00-da Talış kəndi yüksəkliyini, Talış kəndini tam olaraq nəzarətə götürdük. Saat 06:00 radələrində Talış kəndində olan vacib obyektlər şəxsən mənim verdiyim koordinatlar vasitəsi ilə artilleriyadan açılan dəqiq yaylım atəşi ilə məhv edildi. Düşmənin xeyli sayda əsgərini döyüş yoldaşlarımla birgə məhv etdik.

– Məlumat var ki, hətta düşmən sizi öz əsgərləri ilə səhv salıb.

– Onlar elə bilirdi ki, biz pusquda məhv olmuşuq. Ancaq biz tam heyətlə Talış kəndində idik. Ona görə də Talış kəndində və onun ətrafında olan bizi öz əsgərləri hesab edirdilər. Düşmənin canlı qüvvəsi barədə məlumatları artilleriyaya çatdırırdım, onlar da dəqiq atəşlərlə onları məhv edirdilər. Bizə əmr gəldi ki, tutduğumuz mövqelərdə möhkəmlənək. Bir qrupumuz 4 dəqiqə ərzində 8 erməni əsgəri öldürdü və 22-ci postu tutdu. Şəhidlərimiz Elmidar Səfərov, Ravil Novruzov da o qrupda idi. Həmin postlar bir gün bizdə oldu.

– Geri çəkilmənin səbəbi nə oldu?

– Döyüşlərdə yaralılar və şəhidlərimiz vardı. Ona görə də bizə komanda verildi ki, yaralı və şəhidləri götürüb, Talış kəndindən geri çəkilin. Artıq düşmən bilirdi ki, Azərbaycan ordusu Talış kəndindədir. Onların xeyli sayda zirehli texnikası, topları, ordusu Talış kəndinə istiqamətlənmişdi. Çünki Talış kəndi yüksəkliyi çox strateji bir mövqedir. Talış kəndi yüksəkliyi Laçına qədər tam əhatəli müşahidəyə icazə verir. Necə ki, oradan Yevlaxa kimi görünürdü. Ermənilər o istiqamətdə olan bütün qüvvəni bizim üzərimizə yönəltdi. Ancaq Talış yüksəkliyində möhkəmləndik. Onlar canlı qüvvə ilə bizə cavab verə bilmədikləri üçün tanklardan istifadə etdilər. Murad Mirzəyev və digərləri mövqeyindən çıxmadı. Onları tankla vurdular. Döyüş yoldaşlarımızın əzmkarlığı onda göründü ki, avtomatla tanka heç nə edə bilməyəcəklərini bildikləri halda postu tərk etmədilər. O postlar bizdə qaldı.

– Siz yüksəklikdə olmusunuz, müşahidələrinizdən danışardınız.

– Elə bir yüksəklikdə idim ki, erməni postlarındakı əsgərlərin necə qaçdığını görürdüm. Bizə lazım olan yerə qədər yaxınlaşdıqdan sonra onları snayperlə bir-bir məhv etdik.

– Aprel döyüşləri ilə Birinci Qarabağ müharibəsi arasındakı fərq nədə idi?

– Birinci Qarabağ müharibəsi zamanı artilleriyamızda o qədər də dəqiqlik olmayıb. Bu döyüşlərdə isə yüksəklikdə dayanmışdım, hər yeri əlimin içi kimi görürdüm. Hansı koordinatı deyirdim, oranı dəqiqliklə vururdular. Qürur duyurdum. O, səhnəni izləmək ayrı hiss idi.

Şəxsən özüm 5-10 metrdən erməni əsgərlərini öldürmüşəm, ancaq yuxarıdan durub, dediyim nöqtələrin dəqiq vurulmasını izləmək ayrı hiss idi.
"Ermənilər bizi öz əsgərləri ilə səhv salmışdı" - Aprel döyüşlərinin PƏRDƏARXASI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1570   Tarix: 02 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 426
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 627
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 153
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 330
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 89
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 205
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 185
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 776
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 101