Xaçmazda sevgilisinin anası ilə cinsi əlaqədə olan şəxs sonra onu öldürüb

Xaçmazda sevgilisinin anası ilə cinsi əlaqədə olan şəxs sonra onu öldürübSumqayıt Apellyasiya Məhkəməsində sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BiG.AZ report-a istinadən xəbər verir ki, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Hacəliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, S.Hacəliyev 2017-ci il martın 27-də Xaçmaz rayonunun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.

Araşdırma zamanı məlum olub ki, S.Hacəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.

Hadisə baş verən günü S.Hacəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacəliyev həbs edilib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilib.

Məhkəmənin baxış iclasında qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, dörd il ərzində anası ilə S.Hacəliyev arasında münasibətlərin olduğunu ifadə edib: "Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununla bağlı maraqlandım. Mənə dedilər ki, "onların münasibətləri var, guya sən bunu bilmirsən"? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, ananla münasibətim yoxdur. Amma ona inanmadım".

S.Hacəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1963   Tarix: 31 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

14:28 312
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 565
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

14:57 287
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

10:47 503
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

17:52 143
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

22:45 0
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 344
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

17:50 260
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

21:30 0