Yardımlı sakinindən Sarayda DƏHŞƏTLİ ƏMƏL: yeyib-içdi, sonra... - ŞOK TƏFƏRRÜAT

Yardımlı sakinindən Sarayda DƏHŞƏTLİ ƏMƏL: yeyib-içdi, sonra... - ŞOK TƏFƏRRÜATAbşeron rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan Yardımlı rayon sakini, 1978-ci il təvəllüdlü Arif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, qətl hadisəsi 2015-ci il dekabrın 24-də Abşeron rayonu, Saray qəsəbəsi, Rövşən Nəbiyev küçəsi, ev 23 ünvanında baş verib.

İçki məclisi

Arif Ağayev həmin gün saat 18.00-da öz qardaşı Seyran Ağayevin oğlu Alim Ağayev üçün təşkil olunmuş toy axşamı məclisinə qatılıb.

Daha sonra Arif Ağayev dekabrın 25-nə keçən gecə, təxminən saat 03-də Sumqayıt şəhər sakini Famil Əbilovu oturduğu stola dəvət edib. Famil Əbilov da dəvətini qəbul edərək və onun oturduğu stola gəlib.

Sərxoşluq

Sonra Arif Ağayev Famil Əbilovla birlikdə çoxlu miqdarda spirtli içki içib. Həmin zaman Arif Ağayev içkinin təsirindən sərxoş vəziyyətə düşüb.

O, sərxoş vəziyyətdə olan zaman söhbət əsnasında Famil Əbilovun taksi sürücüsü kimi fəaliyyət göstərməsini bilib, özünü ondan yüksəkdə tutaraq Famil Əbilovla mübahisə edib.

Famil Əbilov həmin vaxt məclisdə iştirak etdiyini, Saray qəsəbə sakini Əlibaba Məmmədovun həm qaynı, həm də xalası oğlu olduğunu bildirib.

Qohumluq münasibəti

Bu zaman Arif Ağayev əvvəllər tanıdığı Əlibaba Məmmədovu yüksək səslə öz yanına çağırıb, onu Famil Əbilova tanıdıb-tanıtdırmadığını soruşub. Əlibaba Məmmədov isə Famil Əbilovun onun öz xalası oğlu və qaynı olduğunu, həmçinin mehriban olmalarının vacibliyini Arif Ağayevə bildirib və onu intizama dəvət edib. Sonra Əlibaba Məmmədov onların yanından uzaqlaşıb.

Butulkanı başına vurmaq istədi

Daha sonra Arif Ağayev heç bir əsaslı səbəb olmadan Famil Əbilovla mübahisəni davam etdirib, ona hədə-qorxu gəlib.

Arif Ağayev Famil Əbilovu uca səslə nalayiq söyüşlərlə söyərək təhqir edib, stolun üzərində olan şüşə araq butulkasını Famil Əbilovun başına vurmaq istəyib.

Famil Əbilov onun bu hərəkətinə imkan verməyib və stolun üzərində olan stəkanı götürərək ona tərəf atıb. Stəkan Arif Ağayevin sol qulağına dəyib.

Sonra Arif Ağayev üstündə gəzdirdiyi istintaq zamanı müəyyən edilməmiş deşici-kəsici xassəyə malik bıçağı çıxardaraq Famil Əbilovun üstünə doğru gedib. Bu vaxt Arif Ağayevin öz qardaşı Seyran Ağayev onun qarşısına keçib və onu sakitləşdirməyə çalışıb.

Qanlı dava

Həmin vaxt orada olan şəxslər Famil Əbilovu məclisdən çölə çıxarıb. Amma Arif Ağayev bundan sonra Famil Əbilovun ünvanına nalayiq söyüşlər söyüb, sonra əlində tutduğu bıçaqla Famil Əbilovun arxasınca getmək istəyib.

Bu zaman 45 yaşlı Əlibaba Məmmədov ictimai borcunu yerinə yetirərək onun qabağında durub və iki əlini onun sinəsinə qoyaraq, geri itələyib, qan-qaraçılıq etməməsini, dava-dalaş olmasını bildirib.

Buna baxmayaraq, Arif Ağayev sakitləşməyib, öz xuliqanlıq hərəkətlərini davam etdirib. O xuliqanlıq niyyəti ilə Əlibaba Məmmədovu qəsdən öldürmək məqsədilə əlindəki bıçaqla sonuncunun ürək nahiyəsinə bir zərbə vurub.

Qətli törədən hadisə yerindən qaçsa da, tutuldu

Əlibaba Məmmədov aldığı zərbənin təsirindən hadisə yerində ölüb. Cinayəti törədən Arif Ağayev hadisə yerindən qaçıb. O, bir gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.

İstintaq orqanı tərəfindən Arif Ağayevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

17 il cəza və narazılıq

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Ağayev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs və zərərçəkmiş tərəf apelyasiya şikayəti veriblər. Həmçinin prokuror tərəfindən apelyasiya protesti verilib.

Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Tərəflərin ikayəti hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prokurordan etiraz

Prokuror protestində göstərib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Arif Ağayevə cəza təyin edərkən yalnız onun himayəsində üç nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib. O, qeyd edib ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən yalnız onun cəzasını yüngülləşdirən halı nəzərə alınıb.

Prokurorun sözlərinə görə, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti nəzərə alınmayıb və nəticədə onun barəsində yüngül cəza təyin edilib. Prokurorun qeydlərinin sonunda təqsirləndirilən şəxsə daha ağır həddə cəza təyin edilməsini istəyib.

Zərərçəkmiş: "Məhkəmə yüngül cəza təyin edib"

Zərərçəkmiş şəxsin hüquqi varisi Əşrəf Məmmədov apelyasiya şikayətində göstərib ki, Arif Ağayev əvvəllər məhkum olunub, cinayətə meyilli və cinayətkar təbiətli insandır: "Arif Ağayev hadisəni də məhz bu təbiəti ucbatından törədib. Hadisə vaxtı bir çox insan, o cümlədən qardaşım Əlibaba Məmmədov onun qarşısına keçib, xuliqanlıq və zorakılıq əməllərini dayandırmağı ondan xahiş etsə də, o, bu əməllərini dayandırmayıb. Əksinə, onu sakitləşdirmək və daha böyük cinayət törətməsinin qarşısını almaq istəyən qardaşımı heç bir təqsiri və bu davada iştirakı olmadığı halda, öz üstünlüyünü, "avtoritet"ini sübut etmək üçün oradakı bütün insanların gözü qarşısında bilərəkdən öldürüb. O, qardaşımı həyatdan məhrum etmək məqsədilə sinəsindən, ürək nahiyəsindən bıçaqla vurub. Buna baxmayaraq, məhkəmə ona etdiyi əmələ, şəxsiyyətinə, cinayətin törədilmə üsulu və səbəbinə, cinayətin törədilmə şəraitinə tam uyğun olmayan açıq aşkar yüngül cəza təyin edib".

Zərərçəkmiş şəxsin hüquqi varisi çıxışının sonunda təqsirləndirilən şəxsin cəzasının 20 ilə qədər artırılmasını istəyib, təqsirləndirilən şəxsin apelyasiya şikayətini əsassız hesab edib.

Təqsirləndirilən şəxs çıxışı zamanı özünü Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3 və 221.3-cü maddəsi ilə təqsiri bilməyib. O, özünü Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə qismən təqsirli bilib.

Təqsirləndirilən: "Əsəbimi saxlaya bilmədim"

Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar qeyd edib ki, toy şənliyində masa arxasında əyləşən zaman Famil Əbilov gəlib, o əyləşən masada əyləşib: "Həmin vaxt Famil Əbilov heç bir səbəb olmadan nalayiq söyüşlərlə məni təhqir etdi, baş nahiyəmə stəkanla vurdu. Bu səbəbdən başımdan qan axmağa başladı. Başımdan qan axa-axa Famil Əbilova tərəf getdim. Əsəblərimi saxlaya bilmədim və həmçinin sərxoş halda Famil ilə mübahisə etdim. Əlibaba Məmmədov bizi aralamağa çalışarkən bıçaq qəflətən onun döş qəfəsimə dəydi. Hadisədən sonra könüllü polisə təslim olmuşam".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda qeyd edib ki, himayəsində üç nəfər azyaşlı uşağı, yaşlı atası var. O, həmin halların nəzərə alınmasını, barəsində ədalətli qərar qəbul edilməsini istəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi qeyd edib ki, birinci instansiya məhkəməsinin hökmü maddi və prosessual cinayət qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə çıxarılıb.

Müdafiəçi cinayət əməlinin tövsifində yanlışlığa yol verildiyini qeyd edib. O, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsini istəyib. O, Arif Ağayevin əməlini ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.3-cü maddələrindən həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Tərəflərin fikirlərini dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun apelyasiya protesti, təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin apelyasiya şikayəti təmin edilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1353   Tarix: 31 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27.03.2024 276
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27.03.2024 343
.

"Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir"

"Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı". xəbər verir ki, Bu barədə Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi Anders Foq Rasmusse deyib. Hesabata görə, Aİ Ermənistana namizəd statusu təkli

27.03.2024 208
.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27.03.2024 437
.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27.03.2024 409
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0