Məşhur müğənni: "Qızlar evlənənə qədər bakirə olmalıdır"

Məşhur müğənni: "Qızlar evlənənə qədər bakirə olmalıdır"26 kq arıqlayıb tanınmaz hala düşən müğənni Zərrin Özer türk kişilərinin yarısının biseksual olduğunu deyib.

Sənətçi onu da bildirib ki, qızlar evlənənə qədər bakirə olmalıdır.

Müğənninin müsahibəsindən maraqlı açıqlamaları təqdim edirik:

"Onurğamdan iki dəfə səhv əməliyyat keçirmişəm və uzun müddət əlil arabasına məhkum oldum. mahnılarımı oxudum, işimi gördüm, amma çətin idi. Şükür ki, indi yaxşıyam. 26 kq arıqlamışam. Çəkim bitməyən kompleksimdir, bunu etiraf edirəm. Fəlsəfəmə görə, insan yaxşı mahnı oxuyursa, deməli dincəlir. Mahnı insana hər cür rahatlıq gətirir. Mən bunun sübutuyam. Amma albom çıxartmaq üçün görüşdüyüm ilk adam məni görəndə reaksiyası belə olmuşdu: "Səni görən televizoru söndürər, arıqlamaq məcburiyyətindəsən".

Sənətçi sevgiyə inanmadığını söyləyib:

"Sevgiyə inanmıram. Ümumiyyətlə, mənfəətsiz heç bir münasibətə inanmıram. Keçmişdə gözəl münasibətlərim olub, amma sonda mənə bunu deməyə məcbur etdilər, sevgiyə olan inamımı itirmişəm. Hər an bir kişini başdan çıxarda bilərəm. Əqrəb bürcüyəm, "eşqbazam". Amma flirtlərim uzun müddət davam edir və sonradan münasibətə çevrilir. Şəfqət və sədaqət bu zamanda artıq qalmayıb. O duyğular üçün darıxıram".

İfaçının türk kişiləri haqqında dediyi ifadələr də böyük müzakirələrə səbəb olub:

"Türk kişilərinin 50 faizi biseksualdır. Bilirəm ki, bu fikirlərim çoxunu hirsləndirəcək, amma həqiqətləri deyirəm. Mənə həyat bunu göstərdi. Adət və ənənələr o qədər sərt və dominantdır ki, kişilər bunu etiraf etmirlər. Türkiyədə kim deyə bilər ki, "Mən geyəm".

Daha sonra sənətçi qocalıq fobiyalarından bəhs edib:

"Qocalmağı qəbul etmirəm. Bəzən geriyə baxıb düşünürəm və deyirəm ki, "Mən o qədər ili necə yaşamışam?" Odur ki, daim keçmişdən bəhs edən dostlarımı da dərhal susdururam. Onsuz da istədiyim çox şeyi etmədim. Ürəyimi incidən və içimdə qalan çox şey var.

"Müvəffəqiyyətə gedən yol prodüserin yaxınlığından keçir" sözündə həqiqət var. Bütün bunlardan qaçmaq üçün çox mübarizə apardım. Arxamda kimsə yox idi. Anam pəncərələrdə gözləyirdi məni. Odur ki, özüm üçün müdafiə qalxanı yaratdım. Hər kəsə yaşına baxmadan "Qardaş" deyərdim. İqtisadi gücünüz olanda heç kəsə "Eyvallahınız" olmur. İstər-istəməz "qadın adam" oldum.

Təcavüz kimi ağır travma yaşadım. Buna görə bakirəlik içimdə qalan düyün oldu. Bəlkə təcavüzə məruz qalmasaydım, bakirəliyə belə məna və əhəmiyyət verməzdim".

Qız uşağınız olsa, onun da ərə gedənə qədər bakirə olmasını istərdim. Çünki mən hədsiz rahatlığı, hörmətsizliyi sevmirəm. İndiki insanların müasirlik anlayışını qəbul etmirəm. Artıq hörmət, ədəb qalmayıb.

Türkiyədə özümü son dərəcə sərbəst hiss edirəm. Bir çox məsələdə Amerikadan 100 il geridə qaldıq, amma maşallah əxlaqsızlıq mövzusunda onlarla bərabər gedirik. Əxlaqsızlıq diz boyunu keçib. Azad olmaq o demək deyil ki, hər istədiyini etmək haqqın var. Elə şeylər eşidirəm ki, başımı itirirəm. İntim münasibət üçün yanlarına üçüncü bir tərəfdaş axtaran ər və arvadlar var. Bu azadlıq deyil, azğınlıqdır! Əxlaqsızlıqdır!

Coşqun Səhər düz deyib. Məncə də, Tvitter qadağan olunmalıdır. Azadlıq gözəldir, amma gərəkdir ki, o azadlığı ədəbli və əxlaqlı şəkildə yaşayaq. Belə düşündüyüm üçün mühafizəkar və geri zəkalı oluramsa, onu da minnətdarlıqla qəbul edirəm.

Rahatam. Xoşbəxtəm. Nə üçün bunu etdiklərini başa düşmürəm. Bir müddət ölüm təhdidləri də aldım. Mən Türkiyədə qılınc boyunbağı taxan ilk adamam. Mədəniyyətimlə həmişə qürur duymuşam. Amma sırf Prezidenti Ərdoğanı sevirəm, bunu TRT-də proqram aparıram deyə də demirəm. Birincisi, mən o insanı hərtərəfli tanıyıram. Haqsızlıqlara, ədalətsizliyə dözümü yoxdur. Sevə bilmərəm? Kimə nə bundan?

Sezeni idarə edənləri var, bu sözlərinə görə qəzəblənə bilərlər, ancaq Sezən rəqiblərinin ayağını tapdalamağa və əzməyə çalışır, mənimlə də çox əlləşdi. Amma mən bir nömrə olmaq üçün heç kəsin ayağını tapdalamağa və badalaq gəlməyə çalışmamışam. Xarakter məsələsidir. İndi fikirləşirəm ki, onların gözündə uğurlu və çox təhlükəli görünmüşəm".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2229   Tarix: 31 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697