Azərbaycana saxta mal gətirən "Caspi LTD"nin türk ortağı Rza Zərrabın qohumudur? - ARAŞDIRMA

Azərbaycana saxta mal gətirən "Caspi LTD"nin türk ortağı Rza Zərrabın qohumudur? - ARAŞDIRMADövlət İmtahan Mərkəzi ötən gün mətbu orqanı olan "Abituriyent" jurnalının əlavəsi olan test kitablarının böyük həcmdə Türkiyə ərazisində qanunsuz çapı və Azərbaycana gətirilməsi barədə məlumat yayıb.

Mərkəz indiyədək pirat nəşrlərin satışının qarşısının alınması üçün daxili işlər, vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi və Müəllif Hüquqları Agentliyi ilə birgə çoxsaylı operativ tədbirlər həyata keçirildiyini bildirir. «Təəssüf ki, belə nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb», - mərkəz qeyd edir.

DİM bildirir ki, bu yaxınlarda Gəncə Gömrük İdarəsinin əməkdaşları müxtəlif fənlər üzrə 45 minə yaxın test tapşırıqları kitabları saxlayıb. Həmin kitabların ölkəyə idxalının qarşısının alındığı bildirilir. Mərkəzin bildirdiyinə görə, həmin kitablar ölkəyə «Caspi LTD» və «Hazar İhracat İthalat» şirkətləri arasında bağlanmış müqavilə əsasında gətirilib.

Mərkəzin yaydığı məlumata əsasən «Caspi LTD» bu kitabların çapı və ölkəyə gətirilməsi ilə bağlı «Abituriyent» Jurnalı Redaksiyası ilə heç bir müqavilə bağlamayıb. Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi fevralın 21-də inzibati iş açıb. Götürülmüş nümunələr rəy alınması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Mərkəzin ekspert rəyinə əsasən, təqdim edilən kitabların pirat və kontrafakt məhsullar olduğu müəyyən edildiyi üçün işin materialları Kəpəz Rayon Məhkəməsinə göndərilib.

Mərkəz vurğulayıb ki, artıq məhkəməyə müraciət olunub. DİM zərərin əvəzinin ödənilməsi, pirat sayılan nüsxələrinin məhv edilməsi və onların satışının qadağan edilməsi tələbiylə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutub. Məhkəmənin bu gün, martın 28-də başlayacağı bildirilirdi.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğuna görə, dövlət büdcəsindən maliyyələşmədən əlavə, həm də nəşr etdiyi kitab, jurnal və test vəsaitlərinin satışından gəlir əldə edir. Bu baxımdan Türkiyə ərazisində on minlərlə test kitabının nəşr edilərək Azərbaycana gətirilməsi mərkəzə külli miqdarda ziyan vurulması cəhdi deməkdir.

İnternet mənbələrində "Caspi LTD" MMC haqqında araşdırma aparsaq da, heç bir məlumat əldə edə bilmədik. Şirkətin rekvizitləri və barəsində hər hansı məlumat internetdə yerləşdirilməyib. Ofisinin ünvanı və əlaqə nömrələri də yoxdur. Amma "Caspi LTD" ilə müqavilə bağlamış "Hazar İhracat İthalat" AŞ şirkəti Türkiyədə 30 ilə yaxındır ki, mebel və aksessuar istehsalı, ixracı və idxalı ilə məşğul olur.

Şirkət həm də otel, xəstəxana, məktəb və digər obyektlərdə mebel, işıqlandırma, aksessuarlar, güzgü, şəkil, çərçivə və sair daxili dizayn layihələrini həyata keçirir. Şirkətin idarə heyətinin sədri İran əsilli azərbaycanlı iş adamı German Qənbəri, baş icraçı direktoru isə onun xanımı, Türkiyə vətəndaşı İpek Qəmbəridir.

German Qəmbəri ötən ilin əvvəlində Türkiyənin "Sabah" qəzetinə verdiyi müsahibədə yaxın 4-5 il ərzində 30-40 milyon dollarlıq məhsul satışı planlaşdırıldığını deyib. Bildirib ki, bugünə qədər 25 milyon dollarlıq yatırım ediblər, İran, Rusiya, Dubay, bəzi Şərqi Avropa ölkələri ilə yanaşı Azərbaycanda da bir sıra layihələr həyata keçiriblər.

Məsələ ilə bağlı virtualaz.org-a danışan Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə indiyə qədər mütəmadi olaraq pirat nəşrlərlə qarşılaşdıqlarını deyib. Lakin onun sözlərinə görə, əvvəllər pirat nərşlər ölkədə çap olunubsa, indi xaricdə iri həcmdə çap edilərək ölkəyə gətirilməsi halı ilə ilk dəfə qarşılaşırlar.

"Bildiyimiz odur ki, "Caspi LTD" Azərbaycanda yaradılıb və Türkiyədə olan şirkətlə müqavilə bağlayıb. Onların haqqında bizdə əlavə heç bir məlumat yoxdur. Bu qanun pozuntusunu isə Dövlət Gömrük Komitəsi aşkarlayıb və bizə məktub yazaraq nəşrlərimizin xaricdə çap olunub-olunmadığını dəqiqləşdirib. Gömrük Komitəsi "Caspi LTD"ni məhkəməyə versə də, şirkət nümayəndələri məhkəməyə gəlməyiblər və məhkəmə təxirə salınıb. Biz də həmin şirkətlə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət eləmişik. Bu gün ilk iclas keçirilməli idi, amma yenə də şirkətdən heç kim gəlmədi və məhkəmə aprel ayının 10-na təxirə salındı", - deyə X. Xanlarzadə bildirib.

DİM rəsmisi həmçinin qeyd edib ki, bütün nəşrlər DİM-in redaksiyasına məxsus olduğuna görə mərkəzin icazəsi olmadan heç kim onları çoxalda, yaya, satışını təşkil edə bilməz. Burada həm də əqli mülkiyyət hüquqlarının qorunması məsələsi var. Çünki test tapşırıqlarının müəllifləri və vəsaitlər üzərində işləyən insanlara qonorarlar ödənir.

"DİM-in çap elədiyi nəşrlərin saxtalaşdırılması halı ilk dəfə deyil. Bunu bir neçə dəfə ediblər və belə şirkətləri məhkəməyə vermişik. Artıq yerli nəşriyyatlar onları çap etməkdən imtina edirlər. Görünür buna görə xaricə çıxıblar. Həm də saxta nəşrlərdə xeyli orfoqrafik səhvlər var. Məsələn, nəşrdə "qiymətləndirmə", "pərakəndə satış qiyməti" sözlərindəki "ə" hərfləri "e" ilə əvəzlənib. Bundan başqa, bizim orijinal jurnalları işığa tutanda birinci səhifədə səkkiz guşəli ulduz şəkli görünür. Amma onlarda bu yoxdur. Keyfiyyəti çox aşağı səviyyədədir, poliqrafik qüsurlar var və ucuz kağızdan istifadə olunur"-Xanlarzadə deyib.

DİM rəsmisi pirat nəşrlərin dərcindən və satışından onlara dəyən ziyanı dəqiqləşdirməkdə çətinlik çəkib, bildirib ki, gərək bu barədə əlavə araşdırmalar aparılsın.

AFN-in araşdırması zamanı məlum olub ki, G.Qənbərinin adı Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın mülkləri müsadirə edilən qohumları və yaxın adamları siyahısında keçir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1278   Tarix: 28 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 307
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 274
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 546
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 879
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

12:27 168
.

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib. xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Vaqaduqu səfirliyində çalışan 3 diplomatın Burkina Faso rəhbərliyi tərəfindən təxribatçı fəaliyyətdə olduqları səbəbindən persona-non-qrata elan edildiyini və 48 saat ərzində ölkəni tərk etmələrini

18.04.2024 191
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

12:40 177
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 89
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 656