"Ərimin keçmiş arvadı məni şantaj edir" - Əməkdar artist

"Ərimin keçmiş arvadı məni şantaj edir" - Əməkdar artistƏməkdar artist Naibə Allahverdiyeva həyat yoldaşının keçmiş xanımı haqda danışıb.

BiG.AZ xəbər verir ki, "APA TV"-nin "Show time" verilişinə qonaq olan N.Allahverdiyeva bildirib ki, həyat yoldaşının keçmiş xanımı onu şərləyib:

"Məndən şikayətçi deyil. Sadəcə, o, böhtan xarakterli bir yazını mənim ünvanıma yazdırdı. O bilirdi ki, mən tanınmış bir fiquram. Bunun vasitəsi ilə mənə təsir etmək istəyirdi. Burda söhbət əmlak məsələsindən gedir. Bu insan mənim qayınatama məxsus bir əmlaka sahib çıxmaq istəyir. Qanunla onun buna ixtiyarı yoxdur. Çünki o, 2013-cü ildə mənim yoldaşımdan boşanıb. Bunun isə mənə heç bir addiyyəti yoxdur. Bu, onların keçmiş həyatı olub. Bu gün mən bura nikah şəhadətnaməsi ilə gəlmişəm. O, saytlara açıqlama verib ki, guya mən onun ailəsini dağıtmışam. Amma onun özü mənim yoldaşımdan boşanıb. Yəni o boşanmadan yoldaşımın xəbəri olmayıb. Mən yoldaşımla 2016-cı ildə Siyəzəndə restoranların birində tanış olmuşam, ailə qurmuşuq. Düz 2 ildən sonra bu mövzuları mətbuata çıxartmaq düzgün deyil. Hətta açıqlama verib ki, həyat yoldaşım onu döyürmüş. Əgər yoldaşım pisdirsə, canını qurtarıb. Bəs məndən nə istəyir? Onun bir məqsədi var, istəyir ki, mənə təsir eləsin və qayınatamın evini ələ keçirsin. Qayınatamın da bir evi var, 2 dənə də yetim uşaq saxlayır. Bütün övladları da həmin evdə qeydiyyatdadır. İndi də həmin ev plana düşüb, şirkət tərəfindən sökülüb. Şirkət də müqaviləni həyat yoldaşımın keçmiş xanımı ilə bağlayıb. Bu da qanun pozuntusudur. Özü də mənə deyir ki, mən qayınatama deyim ki, evi bunlara versin, yoxsa məni biabır edəcək. Bir sözlə məni şantaj edir. Deyir ki, qayınatanı yola gətirməsən, səni hər yerdə biabır edəcəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1920   Tarix: 28 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609