Quliyə ölüm hökmü çıxarılarkən atası Nəriman kişi generaldan görün nəyi xahiş edibmiş

Quliyə ölüm hökmü çıxarılarkən atası Nəriman kişi generaldan görün nəyi xahiş edibmişUzun çəkən məhkəmə prosesinin sonunda prokuror Qulinin və onun dəstəsindəki şəxslərin törətdikləri cinayətlərə dair dövlət ittihamnaməsi oxuyub və məhkəmə heyətindən Quliyə ölüm hökmü çıxarmasını tələb edib.

O zamanlar ölüm hökmləri icra edilməsə də, qüvvədə idi. Məhkəmələr ağır cinayətlər törədənlərə bu cəza növünü təyin edirdilər. Ölüm hökmü altında yatanlar Bayıldakı "ölüm korpusu"nda saxlanırdılar. Ənənəvi olaraq vəkillər müdafiə üçün vaxt istəyirlər, məhkəmə yekun qərar çıxarmaq üçün növbəti həftəyə təyin edilir.

Qulinin atası Nəriman Səlifov oğlunun güllələnmə cəzasından qurtulması üçün yollar, vasitəçilər axtarır. O, əvvəlcə hökümət dairələrində ciddi nüfuzu olan bir generalla görüşür, ondan oğlunun barəsində güllələnmə hökmünün çıxarılmaması üçün təsir göstərməyi xahiş edir. General (o, hələ də mühüm vəzifə daşıyır) deyir ki, Nəriman kişi, mənə desəydin ki, oğlunu hansısa rayona icra başçısı, ya da başqa vəzifəyə qoydurum, ona gücüm çatardı, amma sənin oğlun respublikada 1 nömrəli qatı cinayətkardır. Mən onun hökmünün dəyişdirilməsinə kömək edə bilmərəm.

Sonradan Nəriman kişi yaxınlarına danışırmış ki, generalın yanından çıxandan sonra qan təzyiqi qalxıb və hiss edib ki, artıq gözü yolu görmür. O, başını oturduğu maşının sükanına vurub, oğlunun əldən getdiyini, özünün heç nə edə bilmədiyini ağrı ilə düşünüb. Ancaq qərara gəlib ki, pəs etməsin, yenə də səlahiyyətli, güclü adamlara çıxış yolu axtarsın.

Ertəsi gün Nəriman Səlifov hansı dairələrə gedib çıxıbsa, məhkəmədə Quliyə güllələnmə hökmü verilmir. Hakim Quliyə 15 il həbs cəzası kəsir. Beləliklə, Qulinin 23 il çəkən məhbəs həyatı başlayır.

mənbə: anaxeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3188   Tarix: 23 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

İran prezidenti: "Qəzzada baş verənlər ABŞ və Qərb üçün utancvericidir"

İran prezidenti Rəisi Tehranda olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib. xəbər verir ki, görüşdə Rəisi Qəzza xalqının müqaviməti ilə Fələstin məsələsinin İslam dünyasının hüdudlarından kənara çıxdığını və bütün dünya xalqlarının probleminə çevrildiyini bildirib. "Qəzzada ba

27.03.2024 202
.

Məşhur aktrisanı aldatdılar – "Key deyiləm, abır-həya edirəm"

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. -ın xəbərinə görə, o bu barədə o, öz "Instagram" hesabında məlumat verib. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyi

27.03.2024 447
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27.03.2024 437
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

"Öyle bir geçer zaman ki" serialının aktyoruna ağır itki

"Öyle bir geçer zaman ki" serialında Ali kaptan rolu ilə tanınan aktyor Erken Petekkayaya ağır itki üz verib. xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşıb. Aktyorun atası Akın Kaya bu gün səhər vəfat edib

27.03.2024 404