Prezidentin Qarabağ mesajı: İrəvana hücum...

Prezidentin Qarabağ mesajı: İrəvana hücum...Azərbaycan hər zaman olduğu kimi, seçkidən sonra da Dağlıq Qarabağla bağlı daha tələbkar, ciddi və beynəlxalq prinsiplərə söykənən mövqedən çıxış edəcək.

BiG.AZ xəbəfr verir ki, bu sözləri Axar.az-a a Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Prezident İlham Əliyevin Ermənistanla bağlı çıxışını şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, ölkə başçısının seçkiqabağı bu çıxışı əslində, Azərbaycanın uzun müddətdir planlaşdırdığı hücum siyasətindən xəbər verir:

"Azərbaycan hər zaman olduğu kimi, seçkidən sonra da Dağlıq Qarabağla bağlı daha tələbkar, ciddi və beynəlxalq prinsiplərə söykənən mövqedən çıxış edəcək və ədalətin bərpasını tələb edəcək. Bu isə o anlama gəlir ki, prezident seçkisindən sonra Azərbaycan Dağlıq Qarabağla bağlı daha sərt siyasət yürüdəcək və yeni hücum siyasətinə keçəcək. Dünyanın aparıcı ölkələri, xüsusən də həmsədr dövlətlər artıq öz siyasətlərində korrektələrə getməyi, gerçəyi, ədaləti dəstəkləməyi bacarmalıdırlar. Cənab prezident son çıxışı ilə sözügedən dövlətlərin qarşısında çox ciddi tələb qoydu. Nəhayət, dünya Ermənistanın işğalçılıq siaysətinə yox deməlidir. Prezidentin qətiyyətli mövqeyi də məhz bundan xəbər verir. Dövlət başçısı artıq neçənci dəfədir ki, İrəvana sərt xəbərdarlıq edərək, Azərbaycan torpaqlarını azad etməyə çağırır. Bu, həm də Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı Bakının gələcək planlarından xəbər verir. Hesab edirəm ki, Ermənistanı qarşıda çox böyük sınaq gözləyir".

Qeyd edək ki, Prezident İlham Əliyev Novruz münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında Ermənistanın iki il bundan əvvəl döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmədiyini vurğulayıb:

"Nəqliyyat siyasəti ilə bağlı Ermənistan dalan ölkədir və açıq deməliyik ki, bunu biz etmişik. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1222   Tarix: 23 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

22:11 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

20:30 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

13:57 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

21:45 0