Sinoptiklərdən mart ayının 25-dək olan HAVA XƏBƏRDARLIĞI

Sinoptiklərdən mart ayının 25-dək olan HAVA XƏBƏRDARLIĞI

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturunun gecə 6-8° isti, gündüz 10-14° isti olacağı gözlənilir.

Martın 23-25-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimal edilir.

Həmin günlərdə Abşeron yarımadasında güclü xəzri küləyinin giləvar küləyi ilə bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3382 Tarix: 22.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər