Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər - Foto

Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər - Foto

Bakının Rəsulzadə qəsəbəsində piyada keçidini bağlayaraq magistral yolun üstündə obyekt tikilir.

BiG.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Qanun" nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu məlumat yayıb.

Fotolardan aydın olur ki, heç bir norma və qaydalar gözlənilməyib. Piyadalar və əngəllilər üçün şərait isə qətiyyən nəzərə alınmayıb.

Avtomobil saxlanması üçün yer də nəzərdə tutulmayıb və bu plan təsdiqlənərkən bütün normativlər pozulub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinin sözçüsü Anar Nəcəfli Axar.az-a bildirib ki, Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmək lazımdır.

Məsələ ilə bağlı Binəqədi RİH ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər - Foto

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 860 Tarix: 22.03.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Freely
Freely 23.03.2018
Bu yaxşıdı ki,Bakıxanovda (Razin) Adil İsgəndərov adına mədəniyyət evini restervasiya adıyla üzün qaşıdılar,sonrada söküb yerlə yeksan etdilır.Birdə baxdın yerində ya obyekt tikdilər,yada yaşayış binası.Odu ki bizə nə yol lazımdı,nədəki mədəniyyət.
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər