Rusiya Britaniyadan intiqam alır: İngilislər...

Rusiya Britaniyadan intiqam alır: İngilislər...

Böyük Britaniyanın 23 rus diplomatı ölkədən çıxarılması qərarından sonra ingilis vətəndaşlarına viza verilməsi ilə bağlı aparılan işlərin vaxtı 2 dəfə uzadıla bilər.

BiG.AZ axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko deyib. O bildirib ki, Britaniya və Rusiya arasındakı bu hadisələr ingilis vətəndaşlarına da təsir edəcək:

“Təbii ki, bu hadisələr ingilislər üçün nəzərdə tutulan vizalara da təsir edəcək. İngilislərə viza verilməsi üçün nəzərdə tutulan vaxtın ikiqat artırılacağı gözlənilir: yəni normal vizaların verilmə vaxtı 20 gün, təcili vizaların verilməsi isə 7 gün çəkə bilər”.

Qeyd edək ki Britaniya Skripal olayına görə Britaniyadan 23 rus diplomatın deportasiya qərarını verib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 787 Tarix: 21.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər