"Onun zarafatlarına ancaq dostları gülür" - Fərda

"Onun zarafatlarına ancaq dostları gülür" - FərdaAktyor Fərda Xudaverdiyevin Milli.Az-a müsahibə verib.

BiG.AZ həmin müsahibəni təqdim edir:

- Fərda bəy, ilk oynadığınız rolunuz ilə indi oynadığınız rol arasında fərqi görürsünüz?

- Birinci rol həmişə ilk sayılır. İlkdən sonra daha təcrübəli görünürsən. Amma ilk dəfə oynayanda daha məsuliyyətli olursan. Əlbəttə ki, bir aktyor kimi özümdə fərqi görürəm. Aktyor nəinki ildən-ilə, filmdən-filmə, gündən-günə dəyişməlidir. Dəyişmirsənsə, deməli inkişaf etmirsən.

- Özünüz çəkilmədiyiniz komediya filmlərinə baxırsınız? Həmkarlarınız sizi güldürə bilirlər?

- Bəli, baxıram. Deyim ki, hamısına gülürəm, bu yalan olar. Yumorun içində olan adam yumorda daha fərqli fikirlər axtarır. Yaxşı fikirlərə gülürəm.

- Bəs özünə, zarafatlarınıza baxanda gülürsünüz?

- Xeyr, mən ümumiyyətlə özümə baxmıram.

- Bəs səhvlərinizi necə görürsünüz?

- Bir neçə gün öncə dostlarımla bir yerdə oturmuşduq. Elə oldu ki, "İnterpapa"dan söz düşdü. Açıb elə məqamları ortalığa tökdülər ki, istər-istəməz söhbəti dəyişdim.

- Bəs ssenarini, zarafatları kiminlə məsləhətləşirsiniz?

- Heç kimlə, özüm fikirləşirəm.Yaradıcı beyin olaraq heç kimlə məsləhət etmirəm. Əmin oluram ki, bu zarafat gülməlidir. Mən bundan sonra o zarafatları edirəm. Amma elə aktyorlar da var ki, əmin deyillər, ona görə də onlara ancaq dostları gülür.

- Fərdaya paxıllıq edən çoxdur?

- Bəli, həddindən artıq çoxdur. Allah onlara can sağlığı versin.

- Bəs siz kimə paxıllıq edirsiniz?

- Mən işini peşəkarcasına görən, onun müqabilində o varlı həyatı yaşayan insanlara qibtə edirəm.

- Var elə adam?

- Azərbaycanda yoxdur, Türkiyədə isə Cem Yılmaza qibtə edirəm. Çünki o sənətilə qazanır və çox yaxşı yaşayır. Əslində bizdən çox iş görmürlər, amma orada kütlə böyükdür.

- Cem Yılmazla sizi müqayisə edirlər. Bütün bunlar sizə necə təsir edir?

- Nə qədər deyirəm fikir verməyim, amma olmur. Fərda 2003-cü ildən monoloq danışır. Cem Yılmazı 2003-cü ildə Azərbaycanda heç kim tanımırdı.

- Toylara gedirsiniz?

- Xeyr, getmirəm. Amma illər öncə getmişəm. Toyda hamı oturub yeyib- içir. Həmişə demişəm ki, toyun ilk 3 saatı ilə son 2 saatı fərqlənir.

- İstərdim lap əvvələ qayıdaq. Sənətə yeni gəldiyiniz illərə. Bilirəm ki, sizin üçün hər şey çox rahat olmayıb...

- Mənim rahatlığım "Xoxan" filmindən sonra başladı. Yəni bu filmdən sonra öz sənətimdən pul qazanmağa başlamışam. Toydan qazandığım pul mənim yaradıcılığımdan xəbər vermir. Bizdə yaxşını bəzən danırlar. Bunu danmaq olmaz.

- Ən ağır gününüz hansı olub?

- Olub, amma onu demək istəmirəm. Sözsüz ki, bu hamının həyatında olur. İstənilən halda mən həmişə tamaşaçıya pozitiv ötürməliyəm. Əgər aktyor şəxsi problemini açıb tamaşaçıya bildirirsə, bu onun qeyri-peşəkarlığından irəli gəlir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1247   Tarix: 17 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Diyetoloq yarma sıyığını ən zərərli sıyıq adlandırıb

Rusiyalı həkim-diyetoloq Yelena Solomatina buğda yarmasının qlikemik indeksinin yüksək olduğu üçün onun zərərli olduğunu bildirib. Solomatinanın sözlərinə görə, yarma sıyığının qlikemik indeksinin yüksək olması ilə yanaşı, o, həmçinin yüksək kalori dəyərinə malikdir. Üstəlik, onun tərkibində digər dənl

05.09.2023 1043
.

Səhər gümrah oyanmaq üçün bunu için

Bəzən səhərlər yuxudan oyananda yorğun, halsız olursunuz. Çox vaxt isə işə getmək belə istəmirsiniz. Gecə nə qəər tez yatsanız da, səhər bu hal keçmir. Axşam.az xəbər verir ki, buna səbəb yeyib-içdiklərinizdir. Bu məlhəm özünü yorğun, əzgin hiss edən, stress keçirənlər üçün əsl çıxış yoludur. Şüşə bankay

13.07.2023 1522
.

Sərhədi elektrik skuteri ilə keçən turistləri öldürdülər

Əlcəzair sahil mühafizə xidməti elektrik skuteri ilə Mərakeşdən Əlcəzair sularına daxil olan 4 turistə atəş açıb. BİG.AZ xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə sahil mühafizə qrupu tərəfindən saxlanılıb. Əlcəzair rəsmiləri tərəfindən insidentlə bağlı rəsm

01.09.2023 653
.

Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi

Xalq artisti Şahnaz Haşımovanın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, 66 yaşlı xanəndə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Bu haqda Haşımova özü məlumat yayıb. Ş.Haşımova hazırda vəziyyətinin yaxşı olduğunu əlavə edib

19.07.2023 938
.

Günvurmadan qorunmağın YOLLARI

Həkim Yekaterina Demyanovska həddindən artıq istidə günvurmadan qorunmağın yollarını açıqlayıb. -ın xarici mətbuata istinadən verdiyi məlumata görə, həkim bildirir ki, tez-tez günəşə məruz qalmaq ciddi problemlərə səbəb ola bilər. Onun sözlərinə görə, yay mövsümündə qızmar günəş altında bədənin həddə

28.06.2023 625
.

Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO

"Aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub". xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini

17.04.2024 3068
.

DƏHŞƏTLİ QƏZA - 5 Milyon arı ətrafı bürüdü

Kanadada 5 milyon arı daşıyan yük maşını qəzaya düşüb. Nəticədə arılarla dolu yeşiklər ətrafa yayılıb. BİG.AZ xarici mediyaya istinadən xəbər verir ki, polis vəziyyəti nəzarət altına alıb. Arıçıların dəstəyi sayəsində arıların əksəriyyəti təhlükəsiz şəkildə toplanıb və yeşiklərə yerləşdirilib. Anca

01.09.2023 622
.

Dəhşətli hadisə! Bir evdən 5 kişi cəsədi tapıldı

Meksikanın Verakrus ştatında dəhşətli hadisə baş verib. Bir edvdın 5 nəfərin meyiti tapılıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, onlar silahlı hücum nəticəsində həlak olub. Xəbər üzərinə hadisə yerinə gələn polis və təcili tibbi qrupları cəsədlərin beşinində kişiyə aid olduğunu açıqlayıb

23.09.2023 768
.

"Əsrin toyu"ndakı bəy 25 il həbs oluna bilər - SƏBƏB

Noyabr ayında medianın əsrin toyu adlandırdığı toydakı bəy 25 il həbs oluna bilər. xarici mediaya istinadən xəbər verir ki, "Ussery Automotive Group" avtomobil şirkətinin baş direktoru Madlen Brokvey və Ceykob Laqronun qızlarının Parisdə dəbdəbəli toyu olmuşdu. Məlumata görə, toya 25 milyo

08.12.2023 545