Kişilər barəsində bilinməyən 8 elmi fakt: Onlar da qadınlar kimi…

Kişilər barəsində bilinməyən 8 elmi fakt: Onlar da qadınlar kimi…Kişi orqanizminin bir çox xüsusiyyətləri var ki, bu nəinki qadınlar, hətta kişilərin özləri üçün də sürprizdir. Kişi orqanizmi barəsində bilinməyən 8 faktı təqdim edirik.
Kişilər gec qocalır

Kişilərdə gənclik dövrü qadınlara nisbətən daha uzun yaşanır. Çünki yaşlandıqca kişilərin dərialtı kollogen qatı daha zəif sürətlə sıxlığını itirir. Kollogen dərinin təravətli qalmasına məsul olan maddədir. Qadınlarda isə kollogen daha erkən yaşlarda məhv olmağa başlayır. Sadəcə, kişilər qadınlar kimi üzə qulluq göstərmədikləri üçün bu bəzən hiss olunmur.

Laktasiya qabiliyyəti

Kişi orqanizmində süd istehsal edə bilən vəzilər var. Lakin bu süd vəzilərinin işə düşməsi normadan kənar hadisə hesab olunur. Əgər kişilərin sinəsindən süd gəlirsə, burda prolaktin hormonu ifrazının çoxalması "günahkardır". Kişilərdə prolaktinin yüksəlməsi ürəyin hərəkətini gücləndirən preparatların qəbulu, hipoviz və hipotalamusun funksiyasının pozulması, opioidlərin qəbulu və ekstremal aclıq nəticəsinddə baş verə bilər.

Keçəlləşmə

Alimlər keçəlliyin kişilərə qadın X xromosomları ilə ötürüldüyünü düşünrlər. Lakin buna səbəb olan daha vacib amillər də var. Əgər kişinin atası keçəl olubsa, onun keçəl olma ehtimalı 60% təşkil edəcək. Kişi hormonlarının aktiv fəaliyyəti də bədənin tük təbəqəsinin azalmasına səbəb olur. Orqanizm yeni tükləri inkişaf etdirmək qabiliyyətini itirir. Həmçinin stress və düzgün olmayan qidalanma keçəlləşmə prosesini sürətləndirir.

Menustrasiyaöncəsi sindrom

Bəli, təccüblənməyin, laktasiya kimi kişilədə də qadınlara məxsus olan menustarsiyaöncəsi sindrom yaşanır. Kişilərin 26% -i bu hissi yaşayır. Belə dövrlərdə kişilər həssaslaşır, daha tez əsəbiləşir, hər xırda şeyə qıcıqlanır və qarının alt tərəfində sancılar hiss edir.

Qadınsayağı başlanğıc

Yer üzündəki bütün insanlar öz mövcudiyyətlərinə qadın kimi başlayırlar. İnsan cinsinin təyin edilməsinə X və Y xromosomları cavab verir. Əgər yumurtanın mayalanması zamanı iki X xromosomu birləşirsə, qız, X-Y xromosomları birləşərsə, oğlan doğulur. Məsələ bundadır ki, Y xromosomu ilk 5-6 həftəyə qədər aktiv olmur və o güclənənə qədər embrion qız kimi inkişaf edir.

Qalın dərisi

Kişilərin dərsinin qalınlaşmasına testeron hormonu səbəb olur. Məhz buna görə kişi dərisi qadın dərsindən 25% qalındır. Lakin maraqlıdır ki, zaman keçdikcə kişilərin dərisi incəlir, qadınlarda isə dərinin qalınlıq ölçüsü dəyişmədən qalır.

Xirtdək – Adəm alması

Kişilərdə xirtdək nə üçün mövcuddur? Bəzən bu suala cavab olaraq qədim və dini bir əfsanə ilə cavab verirlər. Adəm Həvvanın təkidi ilə yasaq Cənnət almasını dişləyib udarkən Tanrının qəzəbinə gəlir, qeybdən səs eşidir və almanı uda bilmir. Alma ilişib boğazında qalır. Cənnətdən qovulur. Lakin bunu hər zaman xatırlasın deyə Allah onun boğazında xirtdəyi yaradır ki, yasaq meyvəni yeyərək Cənnətdən qovulmasını unutmasın. Bəzən buna başqa bir əfsanə də əlavə edilərək bildirilər ki, məhz xirtdəyə görə kişilər qadınlara nisbətən daha yaxşı sirr saxlayrlar.

Əslində isə xirtdək səs tellərini qorumaq funksiyası daşıyan qalxanabənzər ximirçəyin çıxıntısıdır. Qalxanabənzər ximirçək səs tonunun yüksəkliyində də rol oynayır. Yeniyetməlik yaşlarında o halqavari ximirçəyə nisbətən öz bucaq meylliyini dəyişir və buna görə oğlanlarda səs tonu dəyişir.

Rənglərin qavranması

Kişilər qadınlara nisbətən daha az sayda rəng tonu seçə bilirlər. Bunun səbəbi çox sadədir. Rənglərin qəbul edilib dərk edilməsinə səbəb olan hüceyrələr barəsində informasiya X xromosomlarında yerləşir və qadınlarda bu hüceyrələr daha çoxdur. Diana Dervalın rəng qəbulu testini sınamaqla gözlərinizin neçə rəng tonunu seçməsini özünüz öyrənə bilərsiniz.

mənbə: bizimyol


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1684   Tarix: 15 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121