"DYP onlarla məşğul olmaq istəmir" - Qayda-qanun tanımayan məşhurlar hədəfdə - SİYAHI

"DYP onlarla məşğul olmaq istəmir" - Qayda-qanun tanımayan məşhurlar hədəfdə - SİYAHIAzərbaycanın tanınmış radio aparıcısı Tural Yusifov yol hərəkəti qaydalarını pozan məşhurlarla bağlı yazı hazırlayıb. Həmin ulduzlar arasında Sevil-Sevinc Səfərovalar, Pərvin Abıyeva, Şəbnəm Tovuzlu, Pərviz Bülbülə, Kamil Zeynallı və Azər Zahid var.

BiG.AZ həmin yazını təqdim edir:

Bu gün bir çoxları real həyatdan uzaqlaşaraq sosial şəbəkələrə üz tuturlar. Bununla sanki özlərini nədəsə sübut edir və ya gündəlik həyat tərzlərini bölüşürlər. Daha çox fotopaylaşım kimi ixtisaslaşmış instagram sosial şəbəkəsində yol hərəkəti qaydasını pozan və bundan utanmayan insanlara rast gələ bilərik. Bunların arasında ulduz deyilən zümrə də var. Adi insanlar ulduz sayılanlardan ibrət götürür və onların etdiklərini təkrarlayırlar. "Ona olarsa, mənə də olar" yanaşması hər il minlərlə insanın həyatını itirməsinə gətirib çıxardır.

Yüzminlərlə izləyiciləri var, lakin izləyicilərinə yaxşı örnək ola bilmirlər. Deyəsən axı bacarmırlar. Gəlin, instagramda paylaşılan fotolara diqqət edək. Öncədən onu bildirim ki, sosial şəbəkədə paylaşılan bu şəkillər real səhifələrdən götürülüb.

İlk qəhrəmanımız Pərvin Abıyevadır. 575 min abunəçisi olan aktrisa gündəlik olaraq müxtəlif tədbirlərdən, idmandan və geyimlərindən paylaşımlar edir. 2958 paylaşımın arasında yol hərəkəti qayda pozması da özünə yer alıb. Pərvin xanım təhlükəsizlik kəməri taxmır. Ondan bu barədə soruşanda : "Ürəyim sıxılır" deyə cavab vermişdi. Yəqin, Pərvin xanımın çox böyük ürəyi var. Lakin qəza baş verəndə, Pərvin xanımın o gözəl siması tanınmaz hala düşəndə, məncə "ürəyim sıxılsaydı" yaxşı olardı peşmançılığı fayda verməyəcək.

Foto Pərvin Abıyevanın instagram hesabından götürülüb.

Görəsən, bu an qəza baş versə, Pərvin xanım o gözəl burun və dodaqlarını necə mühafizə edəcək? Sümüyünün xırçıtısı onun xoşuna gələcəkmi?

Sevil və Sevinc Səfərova

Azərbaycanda 2 mln-a yaxın instagram istifadəçisi var. 1 mln 400 min istifadəçilərin 60%-dən çoxu deməkdir. Bu məsələnin rəqəm tərəfidir. Nə qədər realdır, özləri bilərlər. Amma gündəlik tv ekranlarını bəzəyən, instagramdan çıxmayan, insanların arasında tanınan şəxslər ictimai davranış qaydalarına fikir verməlidirlər. Bəli, YHQ ictimai davranış qaydalarının bir növüdür. Çünki, siz əgər yol gedirsinizsə, mütləq onu düzgün getməlisiniz. İnsanlar sizin yolu düzgün getməyinizdən ləzzət almalıdırlar. Amma bu qədər məşhurluq var, amma qanuna hörmət yoxdur.

Arxadan kəmərin taxılmasına baxın. Dahi alman mühəndislərinin kəşfi olan avtomobili azərbaycanlı müğənnilər aldatmağa çalışır. Kəməri arxadan keçirib, sadəcə səsini kəsirlər. Bununla da guya öz aləmlərində çox yaradıcı bir yanaşma etdiklərini düşünürlər. Və bu xanimlarda bir adət halını alıb. Qayda pozmaq bu sadəcə adətdir, ənənədir, öyrəşməkdir. Və ən əsas məsələ cəzasızlıqdır. Bu adamlar buna görə cəza almırlar. Ya görməzdən gəlirlər, ya da telefon zəngi ilə, "tanışdır" deyib göz yumurlar.

Pərviz Bülbülə

328 min abunəçi. . . Əsasən gənclər. Adətən instagramda 17-34 yaş arası insanlar aktiv olurlar. Məşhurların səhifəsini isə daha çox 30 yaşa qədər şəxslər izləyirlər. Çünki 30 yaşdan yuxarı insan daha olqun olur və Pərviz Bülbülədən öyrəndiyi bir şey olmur. Artıq bütün qaydapozmaları öyrəndi, həyatına sirayət etdi və bundan sonra rahat gedib divara dəyib ölə bilər. Axı onun fanatı olduğu Pərviz təhlükəsizlik kəməri bağlamır. Sözün düzü, əruzun qaydalarından çıxmayan Pərviz, qanundan kənara çıxır. Sözü səhv desə, rədifi pozsa, qafiyəyə düzgün söz uyğunlaşdırmasa utanacaq olan şəxs, qanun pozmaqdan çəkinmir.

Qayda pozmaq Pərvizin həyat tərzinə çevrilib. Yaxşı, instagram hesabını qoydum kənara. Heç olmasa Tv-yə çıxanda kəməri bağlamaq lazımdır. Heç olmasa orada çıxanda görüntü olaraq qaydalara əməl etdiyini göstər. Bu verilişin müxbiri, operatoru, rejissoru, montajçısı, redaktoru isə hər şeyə diqqət ediblər. Bircə kəmərdən başqa. Çünki bu onlar üçün maraqlı deyil. Çünki hesab edirlər ki, qəza hamının başına gələcək, onları qoruyan tapılacaq. Kiminsə şəkli, kiminsə duası, kiminsə kağıza yazıb parçaya bükdüyü əşya qoruyacaq. Təhlükəsizlik kəməri İsveçdə kəşf edilib, Azərbaycanda ölüb.

Dünyanın ən xoşbəxt xalqlarından biri olan isveçlilər özünü kəmərlə qoruyur, insanların özünü xoşbəxt hiss etməsi indeksinə görə ilk 50-likdə olmayan xalqımızın nümayəndələri isə ürəyi, böyrəyi, öd kisəsini bəhanə gətirərək kəmər taxmırlar. Çiyinlərində elmi kəşfi, insanların həyatını yüngülləşdirəcək bir işi olmayan şəxslər kəməri pul tələsi hesab edirlər. DYP isə belə şəxslərlə məşğul olmaq istəmir.

Şəbnəm Tovuzlu

851 min abunəçi. . . Anidən parlayan və ekrandan düşməyən müğənni. Zövqlər müxtəlifdir və mən insanların mahnı , müğənni seçiminə qarışa bilmərəm. Amma çox təəsüf ki, gündəlik həyat tərzi qayda pozmaq olan şəxslər tv-də, saytlarda insanlara qaydalar biçir, müəyyən məsələlər mövzusunda resept paylayırlar. Lakin instagram yaxşı şeydir. Bu adamların qaydalara hörmətsizliyi dərhal ortaya çıxır. Axı daim rola girə bilməzsən. Mənim üçün mədəniyyət bir anlayışdır. Sürücü mədəniyyəti, küçə mədəniyəti yoxdur. Var yalnız mədəniyət. İnsan avtomobildə mədəniyətsiz, evdə isə mədəni ola bilməz. Yarımçıq hamiləlik olmur. İnsan bunu edirsə, deməli o, sadəcə rola girib.

İndi bir çoxları məni qınayır. Müğənninin fanat ordusu, tərəfdaşları və ya sadəcə onun xoşuna gəlsin deyə mənə yüngül desək irad bildirirlər. Hamı bir ağızdan : "Başqa problem yoxdur ?" deyir. Dostlar, əgər başqa problem varsa, onu da siz həll edin. Şəbnəm xanıma fanatlıq edən övladınız, sabah kəmər bağlamdığına görə əlil qalsa, belə düşünəcəksinizmi ? Günahı hər kəsdə axtaracaqsınız, özünüzdən başqa. Lakin insan özünün ən böyük düşmənidir. Allah boybuxun, yaraşıq verir, lakin sanki son anda ehtiyat barədə düşünmək məsələsində insan piyada qalır.

Kamil Zeynallı və Azər Zahid

Hər iki şəxs məndən daha məşhurdurlar. Televiziyada olmaları , məşhur insanlarla ailə həyatı, tanışlarının siyahısı məndən daha məşhur olmalarına gətirib çıxardır. Heç də hamının bu qədər sosial məşhurluq həyatı olmur. Bir dəfə mən qayda pozan məşhurlar haqqında DYPİ-nə məktub yazışdım və yol polisi onlar haqqında tədbir görmüşdü. Bu məşhurların arasında yalnız həmkarım Firuzə Cəlilova bunu normal qarşılayıb və instagram hesabında bir daha belə paylaşım etməyib. Yerdə qalan bütün məşhurlar məndən incimişdilər. Bəli, hətta həmkarım Azər Zahid belə. Göndərdiyim məktubda Xəzər Tv-nin əməkdaşlarından savayı, çalışdığım ATV kanalının da əməkdaşlarlı vardı. O zaman kolleqam ATV-də çalışırdı. Və məndən incimişdi. Amma yəqin qəlbinin dərinliklərində əslində doğru etdiyimi bilirdi. Kamil isə şəbəkədə hərdən kobud, qaba, acıdil və söyüşkən kimi görünür. Paylaşdığı şəkillər və videodan qızını çox sevdiyi bilinir. Amma və lakin.....

İnsanlarda qoruma instikti çox zəifdir. Hər iki şəkilə diqqətlə baxın. Kamil təhlükəsizlik kəməri taxmayıb. Övladı arxada oturmayıb və avtomobil içərsində ayaq üstə qalıb. Bu gözəl bala bunu anlamır. Axı o, uşaqdır. Ona bunu izah etməyiblər. Digər şəkildə də eyni şeydir. Uşaq sükan arxasında. Yanında kimsə əyləşib. Ya atasıdır, ya qardaşı , ya da əmisi. Hər kimdir. Hər iki şəkildə uşaqların həyatı ilə oynayırlar. "Mən qəzaya düşməmişəm" "Allah qoruyur", "Ağzını bədliyə açma", "Sənə qalmayıb, öz uşağımdır özüm bilərəm" demək ən asandıdır. Amma bir şeyi xatırladım bziim böyük kimi uşaqların doğru, düzgün və sağlam böyüməsi üçün məsuliyətimiz var.

Gəlin, ilk olaraq Kamilin avtomobilindən başalayaq. Kamil saatda 40 km sürətlə hərəkət edir. Kamilin çəkisi hardasa 110 kq-dır. Övladı isə 20-22 kq olar. Saatda 40km sürətlə oynaya-oynaya, sevgi izhar edərək hərəkət edirlər. Bu zaman arxadan saatda 60 km sürətlə gələn sürücü onlara çırpılır. Kamil 220 kq zərbə gücü ilə alın şüşəsinə çırpılır. onun gül balası isə daha yüngül olduğuna görə 44 kq-ıq çəki ilə öncə alın şüşəsinə dəyir, daha sonra şüşədən çıxaraq kapotun üzərinə düşür. Allah uzaq eləsin çox dəhşətli mənzərə olar. Kamil nə qədər idmançı olsa da, dəydiyi zərbə ona qalxıb balasına kömək etməyə imkan verməyəcək. Və bu hadisədən sonra Kamil instagrama nədir, avtomobilə tövbə edər.

Azərin paylaşdığı şəkildə isə 18 yaşı olmayan uşağı kəmərsiz sükan arxasında görürük. Ərazi otluq və nahamardır. Adi bir vəziyyətdir. Və təhlükə olduğu sezilmir. Lakin sükan arxasında uşaqdır. Uşaq olduğuna görə qazla əyləci səhv sala bilər. Bunu hətta böyük şəxslər də edir. Yol nahamardır və ərazidə mütxəlif şəxslər var. Hamı uşağın videosunu çəkədiyinə görə ona fikir vermir. Uşaq əyləc əvəzinə qazı basır . . . Əvvəlcə bir neçə nəfərin üstündən keçir və daha sonra sükanı kontrolda saxlaya bilmədiyinə görə avtomobil çuxura düşərək aşır. Pəncərə açıq olduğundan kəmər bağlamayan bu gül balanın başı pəncərədən çıxır və boynu sınır. Dəhşətlidirmi ?

Ən adi vəziyətlərdə belə dəhşətli hadisələr ola bilər. Bu qədər biganəlik olmaz. Nəinki özünə qarşı, öz övladına qarşı biganə olmaq olmaz. DYP isə heç bir sosial aktivlik göstərmir. İşlək facebook səhifələri yoxdur. İnstagramda paylaşımları izləmirlər. Sanki hamını yolda gözləyirlər. Bu cür qayda pozuntuları isə məndən başqa heç kimi maraqlandırmır. Çünki hamı hesab edir ki, bu onun işi deyil. Bunun üçün xüsusi adamlar var. Sizə növbəti səhifəyə keçməyi təklif edirəm. Növbəti səhifədə kəmər bağlamadıqda başınıza gələcək ən pis məqamlar əks olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2760   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Yalı çapkını"nın aktyoru üzr istədi - Foto

Türkiyəli aktyor Taro Emir Tekinin son paylaşımı ona baha başa gəlib. Axşam.az xəbər verir ki, aktyor paylaşımında "İsrail əsgərləri taktiki atışmada belə qısa məsafə saxlayırlar. Bu mənim gündəlik çəkilişlərimdən ibarət qısa videodur. Şüurlu seçimdir" deyə, yazıb. Teronun bu paylaşımı izləyicilə

19.04.2024 1663
.

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub". Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayev

19.04.2024 757
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 1045
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 609
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 5618
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1523
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1472
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1084
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

19.04.2024 420