Hökumət əhalinin borcunu sildi (RƏSMİ)

Hökumət əhalinin borcunu sildi (RƏSMİ)
2017-ci il ərzində 163 314 vergi ödəyicisinin 1 mlrd. 912 mln. 624,9 min manat məbləğində borcu yaranıb.

BiG.AZ-ın apa-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, ötən il 154279 vergi ödəyicisinin 2 mlrd. 285 mln. 354,8 min manat məbləğində borcu ləğv edilib.

Sənədə əsasən, ləğv edilmiş borclardan 907 mln. 868,7 min manatı (və ya 39,7%) tam, 1 mlrd. 377 mln. 486,1 min manatı (və ya 60,3%) isə qismən olub.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3979 Tarix: 14.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 14.03.2018
xalq daha böyük şeylər gözləyir :)
zor ))


 
zeynalabidin
zeynalabidin 14.03.2018
Hansı əhalinin?
varlıların ?
Ya hansı?