Məmurların Novruz xatirələri: tonqalda boynu yanan, öz qapısına papaq atan və... - FOTOLAR

Məmurların Novruz xatirələri: tonqalda boynu yanan, öz qapısına papaq atan və... - FOTOLARNovruz xalqımızın çox sevdiyi bayramlardan biridir. Azərbaycanın milli bayramlarından olan Novruz hər il ölkəmizdə təmtəraqlı şəkildə qeyd olunur. Bu bayramın ən böyük özəlliyi isə adət-ənənələri ilə yaddaşımıza həkk olunmasıdır. İstər böyük, istərsə də kiçik olsun, hər birimizin Novruz bayramı ilə əlaqədar gözəl, maraqlı, unudulmaz xatirələri vardır.

Bəs Sumqayıtın məmurları bu bayramla bağlı hansı maraqlı hadisələri xatırlayırlar? Elə bunu öyrənmək üçün Xeberle.com olaraq şəhərimizin məmurları arasında kiçik sorğu keçirdik.

Məmurların Novruz xatirələri: tonqalda boynu yanan, öz qapısına papaq atan və... - FOTOLARMehman Şükürov, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi: "Bütün bayramlar gözəldir, amma mən onlardan ən çox üçünü sevirəm: 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz və Qurban bayramlarını. Novruz bayramı ilə əlaqədar bizim yaşda olanların ən çox yadlarında papaqatma, yumurta döyüşdürmə, tonqalın üstündən tullanma və s. kimi ənənələr qalıb. Yadımdadır ki, 2-ci və ya 3-cü sinifdə oxuyardım, tonqaldan tullanarkən içinə düşmüşdüm və boynum yanmışdı. Plovu rahat yeyə bilmədim (gülür)".

Məmurların Novruz xatirələri: tonqalda boynu yanan, öz qapısına papaq atan və... - FOTOLARMübariz Bəşirov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi : "Uşaq yaşlarından boksa getmişəm, nə varsa boks silib aparıb. Heç nə yadımda qalmayıb".
Məmurların Novruz xatirələri: tonqalda boynu yanan, öz qapısına papaq atan və... - FOTOLARİndira Şəmsivari, Sumqayıt şəhər Maliyyə İdarəsində 2-ci dərəcəli dövlət qulluqçusu:"Mən Maliyyə İdarəsində çalışmaqla yanaşı, 5 saylı tam orta məktəbdə iqtisadiyyatdan dərs demişəm. 1-ci saat həmin təhsil ocağına dərs keçməyə gedirdim, 9-a qalmış 25 dəqiqə gəlib işə çatırdım. Dərs keçdiyim 10-11-ci siniflərimlə səmimi münasibətimiz yaranmışdı. Başqa vaxt repetitor yanına gedən 11-ci siniflər mənim dərsimə gəlirdilər. Hətta məktəbin direktoru da deyirdi ki, kaş sizin 6 saat dərsiniz olardı və repetitor yanına gedən bütün şagirdlər dərsə gələrdilər. Mən ümumiyyətlə bayramda qapıya atılan heç bir papağı boş göndərməmişəm.

Çalışmışam ki, az da olsa, nə varsa, papaqlara qoyum. Axır çərşənbələrin birində yenə qapı döyüldü. Yoldaşım heç vaxt papaq üçün qapıya getmirdi, mən gedirdim. Qapını açanda gördüm ki, haradasa 14-15 papaq sıra ilə düzülüb. Həmin an qapını bağladım və düşündüm ki, papaqlara qoymağa mənim o qədər ehtiyatım yoxdur. Amma onları boş da göndərə bilməzdim. Papaqlara nə qoyacağımı düşünərək ikinci dəfə qapını açanda gördüm ki, mənim 11A sinif şagirdlərim orada dayanıblar, mənə dedilər ki, "müəllimə, sürpriz". Bu, doğrudan da mənim üçün həmin çərşənbənin ən gözəl sürpirzi oldu".

Məmurların Novruz xatirələri: tonqalda boynu yanan, öz qapısına papaq atan və... - FOTOLARGülnarə Cəmaləddin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt şəhər Şöbəsinin sədri:"Uşaqlığımızda Novruz bayramını çox gözəl keçirirdik. Baxmayaraq ki, Sovet dövrünün çətinlikləri, qadağaları var idi. Mən uşaqlığımı Yardımlı rayonunun Bərzan kəndində keçirmişəm. Yadımdadır ki, bayramda bizə təzə paltarlar alınardı, tonqal qalayıb üzərindən tullanardıq. Tonqaldan kimsə tullanmayanda elə bilirdik ki, bu ilin ağrı-acısı növbəti ilə də keçəcək. Uzaq adamlara deyil, qonum-qonşuya qızlar yaylıq, oğlanlar da papaq atardı. Onlar da papağa şirniyyat, pul qoyardılar".

Məmurların Novruz xatirələri: tonqalda boynu yanan, öz qapısına papaq atan və... - FOTOLARQurban Mikayılov, Sumqayıt şəhər Su Kanal İdarəsinin rəis müavini: "Novruz bayramında oğlanlar ayrı, qızlar ayrı səhərə qədər yuxusuz qalır, bir-birimizin yeməyini oğurlayırdıq. Həmin ənənəyə qədirsaxlama deyilirdi".
Məmurların Novruz xatirələri: tonqalda boynu yanan, öz qapısına papaq atan və... - FOTOLARCümşüd İsmiyev, Sumqayıt Şəhər "Lift-Servis" Birliyinin rəisi: "Mən uşaq vaxtı da, böyüyəndə də tam müstəqil olmuşam. Uşaq olanda mən böyük kimi hərəkət edirdim. Biz papağı atanda da öz evimizə atmışıq, başqasının qapısına papaq atmamışıq".

Məmurların Novruz xatirələri: tonqalda boynu yanan, öz qapısına papaq atan və... - FOTOLARŞamil Abbasov, Sumqayıt şəhər Avtovağzalının müdiri: " İllər ötüb. Heç nə yadımda qalmayıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1936   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

12:40 193
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

10:47 451
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 323
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 295
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 518
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 673
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 204
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 483
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 692