"Sənət üçün soyunaram" deyən Dilarə bunu yenə edəcək: "Niyə də yox..." - MÜSAHİBƏ

"Sənət üçün soyunaram" deyən Dilarə bunu yenə edəcək: "Niyə də yox..." - MÜSAHİBƏ"Baş rolda oynayacağım bir film gəlir"

2014-cü ildə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən müğənni Dilarə Kazımova BiG.AZ-ın qonağı olub.

Son günlər cəsarətli addımları, yeni işləri ilə adından söz etdirməyi bacaran ifaçı həm şəxsi, həm də yaradıcılığı ilə bağlı suallarımızı cavablandırıb.

D.Kazımova ilə müsahibəni təqdim edirik:

- Dilarə xanım, işləriniz necədir? Nə kimi yeniliklər var?

- "Danış" adlı mahnım hazırlanır, bir həftəyə işıq üzü görəcək. Yeni-yeni işlər görürəm, bir sözlə, boş oturmuram, hər şey plan üzrə gedir. Bu yaxınlarda klip çəkilişlərimiz də gözlənilir.

- Nədənsə Murad Ariflə duetiniz partlayışa səbəb olmadı, biz düşünürdük ki, hit olar, amma əksinə oldu...

- Mən belə düşünmürəm, məncə Muradla duetimiz sevildi. Çünki sosial şəbəkələrdə yazılan şərjlərə də nəzər yetirirdik və müsbət cavablar görürdük. Duetimizlə bağlı bizi Muradla bir çox tədbirlərə dəvət edirlər.

- Məsələn, biz gözləyirdik ki, bu ilin hit mahnısı sizin Muradla ifa etdiyiniz mahnılar olacaq. Amma nədənsə ancaq açıq-saçıq şəkillər ilə gündəmi partladırsız. Gündəmə gəlmək üçün niyə məhz soyunmaq?

- Bu şəkillər 2 ay öncə çəkilmiş şəkillərdir və özüm də bu fotoları çox bəyəndiyimə görə paylaşmışam. Hər kəsə də maraqlı gəldi. Bugünki günə qədər hələ də bu haqda danışılır.

- Bu yaxınlarda bir açıqlamanız da olmuşdu, orda demişdiz ki, sənət üçün soyunaram.

- Bəli, bu yaxınlarda bir müsahibəm olmuşdu və mən orda qeyd etdim ki sənət üçün soyunaram, çünki incəsənət qurban tələb edir. Əgər hər hansı bir layihə üçün təklif olunarsa niyə də yox ?

- Klip çəkilişləri üçün ən çox hansı ölkələri seçirsiz və yaxud arzusundasız ?

- Ən böyük arzum klipimi Amerikada çəkdirməkdir, bəlkə də gələcəkdə arzuma çataram, inanıram ki tezliklə həyata keçəcək.

- Dilarə xanım bir müğənni kimi bizim şou adamlarından kimə qulaq asır və yaxud fanatlıq edir?

- Düzünü desəm, heç kimə qulaq asmıram, amma Alim Qasımovun səsinin vurğunuyam.

- Bu il Azərbaycanı Eurovision-da təmsil edəcək Aysel xanımı tanıyırsız, onunla münasibətiniz varmı ?

- Əlbətdə ki tanıyıram, çox yaxşı, istedadlı bir xanımdır, ümid edirəm ki layiqincə təmsil edəcək bizi.

- Siz bir Eurovision təmsilçisi kimi bu il Azərbaycanı 10-luqda görürsüz ?

- Niyə də yox. Amma mən siyasətdən uzaq bir insanam və inanıram ki, hər şey yaxşı olacaq.

- Yenidən filmlərə çəkilməyi düşünürsüz ?

- Bəli, hazırda hazırlıqlar gedir, baş rolda oynayacağım bir film gəlir.

- Təklif gələndə ilk olaraq ssenari, yoxsa alacağınız qonorar siz maraqlandırır?

- Əgər ssenari ürəyimcə olsa, heç qonorarı düşünmərəm. Əgər ürəyimcə olmasa və yaxud bəyənməsəm qəbul etmərəm, ya da ki qonorarımı yüksək tələb edərəm.

- Ən çox çıxış üçün aldığınız məbləğ nə qədər olub ?

- Bu haqda çox da danışmaq istəmirəm, az, da, çox da qonorarlarım olub, amma nə işlər görmüşüksə komandamızla bir məsləhətləşib görmüşük.

- Dilarə xanımın bu il sevənləri ilə görüş, ya da bir konsert gözlənilirmi ?

- Çox istərdim, amma inanın ki, işlərimiz çoxdur. Yeni mahnılar, kliplərdən sonra konsert barədə təbii ki düşünürəm.

Elman Məmmədov
"Sənət üçün soyunaram" deyən Dilarə bunu yenə edəcək: "Niyə də yox..." - MÜSAHİBƏ"Sənət üçün soyunaram" deyən Dilarə bunu yenə edəcək: "Niyə də yox..." - MÜSAHİBƏ"Sənət üçün soyunaram" deyən Dilarə bunu yenə edəcək: "Niyə də yox..." - MÜSAHİBƏ"Sənət üçün soyunaram" deyən Dilarə bunu yenə edəcək: "Niyə də yox..." - MÜSAHİBƏ"Sənət üçün soyunaram" deyən Dilarə bunu yenə edəcək: "Niyə də yox..." - MÜSAHİBƏ"Sənət üçün soyunaram" deyən Dilarə bunu yenə edəcək: "Niyə də yox..." - MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1922   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 694
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə - Fotolar

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Qeyd edək ki, V.Məhərrəmli bir müddət əvvəl üzündə plastik əməliyyat etdirib. O, üzündək

26.03.2024 1191
.

Aygün Kazımovanın qızının YENİ FOTOSU YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, o sosial mediada yeni fotosunu yayımlayıb. Foto marağa səbəb olub. İlqarə görünüşü ilə izləyicilərini heyran edib. Fotoya çox sayda tərif gəlib. Həmin paylaşımı təqdim edirik:

24.03.2024 5747
.

"Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin"

Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən həmkarlarına əsəbiləşib. Axşam.az xəbər verir ki, sənətçi bunun üçün açıqlama yayaraq, uzaq məsafəyə çağrılmasına etiraz edib:. "Qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Nasosnu kimi yerlərə salmayın. Tıxacla gəlib çıxmaq olmur. İş, güc başlayıb

28.03.2024 689
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 570
.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 493
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 447
.

"Məni də oğlum idarə edir"

Xalq artisti Nisə Qasımovanın qonaq olduğu "Zaurla Günaydın" verilişində maraqlı anlar yaşanıb. OLAY yazır ki, aparıcı Günay Baxşəliyeva sənətçinin dırnaqlarındakı hərflərə diqqət çəkib. Qasımova ailə üzvlərinin adlarının baş hərfləri olduğunu deyib və oğlundan danışıb. "Fətulla oğlum

24.03.2024 446
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 827