"Xəzər Xəbər"in yalanı İFŞA EDİLDİ: "Dəfələrlə dedik ki, bunu ixtira kimi verməyin" - ETİRAZ

"Xəzər Xəbər"in yalanı İFŞA EDİLDİ: "Dəfələrlə dedik ki, bunu ixtira kimi verməyin" - ETİRAZ

“Xəzər Xəbər”də tələbə Nihad Quliyevin onlayn alış-veriş saytından aldığı çantanı öz ixtirası kimi təqdim edildiyi barədə sujet gedib.

BiG.AZ xəbər verir ki, bununla bağlı tələbə minval.info ilə əlaqə saxlayıb və açıqlama verib. Nihad Quliyev bildirib ki, onun özü TV əməkdaşlarına çantanı ixtira etmədiyini söyləyib. Lakin “Xəzər Xəbər” yanlışlığa yol verib və bu səbəbdən tələbə ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib.

“Dəfələrlə dedik ki, bunu ixtira kimi verməyin. Onlar da razılaşdılar, lakin ixtira kimi təqdim etdilər. Hazırda onlarla danışıqlar gedir. Məsələ burasındadır ki, günəş panelli çantalar satışda var. Biz onun üzərinə bir neçə əlavələr etmişik. Bu, dördüncü hazırladığımız çantadır. Onlayn satışdakılar belə deyil” – tələbə bildirib.

Nihad Quliyevin vurğulayıb ki, o, heç kimi aldatmayıb, sadəcə, kiminsə səhlənkarlığı ücbatından məsələ bu yerə gəlib çıxıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən də məsələyə münasibət bildirilib. Qeyd olunub ki, tələbə çantanı ixtira kimi təqdim etməyib. Universitedən Nihad Quliyevin dediyi kimi əşyanın üzərində yalnız əlavələrin edildiyi söylənilib.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2819 Tarix: 14.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fermer
Fermer 14.03.2018
anti reklam


 
Farqilit
Farqilit 14.03.2018
Xezer tv en pasledni kanaldi onsuzda


 
Tahir011
Tahir011 14.03.2018
əşi gəlin bizim yollari asvaltı düzəldin


 
zeynalabidin
zeynalabidin 14.03.2018
))


 
vetenperver
vetenperver 14.03.2018
Xəzər tv.zibiılik eşən itkimi hara baxırsan cıxır ordan.