Azərbaycan məktəbində növbəti ŞOK OLAY - direktor 11 yaşlı şagirdi otağına saldı və dəfələrlə...

Azərbaycan məktəbində növbəti ŞOK OLAY - direktor 11 yaşlı şagirdi otağına saldı və dəfələrlə...Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Alxasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib. Gülfərz Alxasov 1996-cı ildən həmin məktəbdə direktor kimi fəaliyyət göstərib.

O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Sayalı Məmmədovaya (ad və soyad şərti verilib – H.Z.) qarşı əxlaqsız hərəkətlər edib.

Direktorun otağında əxlaqsız hərəkət

İttihama görə, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə azyaşlı şagirdi Sayalı Məmmədovaya seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.

Bu məqsədlə o, 20 sentyabr 2017-ci il tarixdə Sayalı Məmmədovanı xidməti otağına çağırıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Şantaj və əxlaqsızlıq

Daha sonra Gülfərz Alxasov bu hərəkətlərinin heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonra o, növbəti günlərdə Sayalı Məmmədovanı xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib.

Gülfərz Alxasovun bu hərəkətləri həmin ilin oktyabrın 30-dək davam edib. O, hər dəfə azyaşlı qızı xidməti otağına çağıraraq, onunla seksual xarakterli hərəkətlər edib.

İddia olunur ki, Gülfərz Alxasov 6-cı sinifdə oxuyan qızı hərə dəfə otağına çağıranda, onun dodağından öpüb, sonra digər hərəkətlər edib.

Direktorun sonuncu görüşü

Sonuncu dəfə oktyabrın 30-da Gülfərz Alxaasov xidməti otağına çağırdığı şagirdi ilə intima münasibətdə olmağa başlayıb. O, Sayalı Məmmədovanı kreslosunda oturduğu vaxt qucağına alıb və öpməyə başlayan zaman məktəbin işçilərindən biri içəri daxil olub.

Bundan sonra Gülfərz Alxasovun hərəkətlərinin üstü açılıb. Onun bu hərəkətləri qəsəbədə yayılıb və olaydan xəbərdar olan qızın valideynləri polisə şikayət ediblər.

Şagirdinə təcavüz edən direktorun həbsi

Şikayət əsasında Gülfərz Alxasov həbs edilib. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 153.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

Gülfərz Alxasovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İş hakim Fizuli Mirzəquliyevin icraatına verilib.

"Cinayət sübuta yetirilməyib"

Prosesdə təqsirləndirilən şəxsin vəkili Ayxan Rüstəmzadə vəsatətlə çıxış edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi Gülfərz Alxasovun təqsiri sübuta yetirilmədiyi halda, yalnız zərərçəkmiş şəxs qismində tanınmış 14 yaşı tamam olmamış məhdud fəaliyyət qabiliyyətli qızın, məktəbin bir əməkdaşının kütləvi informasiya vasitələrinə verdiyi sözlər məcmuəsindən ibarət həqiqəti ehtiva etməyən məlumat əsasında Cinayət Məcəlləsınin 153.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Xaçmaz rayon polis şöbəsınin istintaq bölməsinin müstəntiqi Sail Tağıyev tərəfindən yekunlaşdırılaraq məhkəməyə təqdim edilib.

"Bu hakim vəsatətə baxıb"

Vəkil qeyd edib ki, hazırda Gülfərz Alxasovun təqsirləndirilməsınə dair cinayət işi hakim Fizuli Mirzəquliyevin icraatındadır: "Cinayət işinin hakim Fizuli Mirzəquliyevin icraatında olması işin qeyri-obyektiv araşdırılmasına, sübutlara düzgün hüquqı qiymət verilməməsinə zəmin yaradacaq. Hakim Fizuli Mirzəquliyev iş üzrə əvvəllər hüquqlarını müdafıə etdiyi Gülfərz Alxasov barədə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxıb".

"Obyektiv olmadığını bəyan etdi"

Müdafiəçinin fikrincə, hakim Fizuli Mirzəqııliyevin bu cinayət işində obyektiv qərar qəbul etməyəcəyi hələ təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçən zaman açıq-aydın görünüb: "Çünki, hakim Gülfərz Alxasovun təqsirləndirildiyi iş üzrə heç bir mötəbər sübut olmamasına baxmayaraq, sadəcə olaraq zərərçəkmiş şəxs qismində tanınmış 14 yaşı olmamış məhdud fəaliyyət qabiliyyətli qızın və məktəbin bir əməkdaşının Kütləvi İnformasiya Vasitələrinə verdiyi sözlər məcmuəsindən ibarət məlumat əsasında 62 yaşlı, ali təhsilli, ziyalı, daimi yaşayış yeri olan şəxs barəsində həbs qətimkan tədbiri seçib. Hakim bu qərarı ilə işin obyektiv araşdırılmasında maraqlı olmadığını bəyan edib. Bu hal birbaşa olaraq hakimin yenidən Gülfərz Alxasovun təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxaraq araşdırma aparmasını məhdudlaşdırır".

Vəkil qeyd edib ki, hakim Fizuli Mirzəquliyevin iş üzrə qeyri-obyektiv olacağına şübhə yaradacaq əsaslar var: "Eləcə də təyin edilmiş məhkəmə prosesləri zamanı iş üzrə zəruri əhəmiyyət kəsb edən vəsatətlər verməsinə baxmayaraq hakim nəyəsə görə vəsatətləri, eləcə də 20 fevral 2018-ci il tarixinə təyin edilmiş prosesdə təqsirləndirilən şəxs barəsində ev dustaqlığının seçilməsi barədə əsaslı vəsatətimizi təmin etməyib".

İşə hansı məhkəmə obyektiv baxacaq?

Vəkil etirazda əlavə olaraq göstərib ki, Xaçmaz rayon Məhkəməsinin bütün məhkəmə tərkibinin sözügedən cinayət işində obyektiv olmayacaqlarını, hüquq-mühafızə orqanlarının məhkəməyə təsirini və bunun da hüquqlarını müdafiə etdiyi Gülfərz Alxasov barəsində qeyri-obyektiv araşdırma aparılaraq qanunsuz qərarın qəbul edilməsinə səbəb olacaq. O, Xaçmaz rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz verib və cinayət işinin materiallarının bu məhkəmədən alınaraq başqa bir məhkəməyə verilməsinə əsas yaratdığını qeyd edib.

Etiraz rədd edildi, hakimlər haqlı çıxdı

Prosesə sədrlik edən hakim vəkilin etirazı ilə bağlı iş üzrə məhkəmənin gedişinin yarımçıq saxlayıb və onun barəsində verilmiş etiraza baxılması üçün iş materiallarını Sumqayıt Apelyasiya Məhkəməsinə göndərib.

Apelyasiya instansiyasında etiraza hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baxılıb. Hakim vəkil tərəfindən verilən etirazı əsassız hesab edib və işin yenidən baxılması üçün Xaçmaz rayon Məhkəməsinə qaytarılması barədə qərar çıxarıb.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6027   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672