5 azərbaycanlı ailənin evi əlindən belə alınır - FOTOLAR

5 azərbaycanlı ailənin evi əlindən belə alınır - FOTOLARGürcüstanın paytaxtı Tbilisi şəhərində, Petriaşvili küçəsi-48 ünvanında yaşayan 7 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, həmin ailələrin 5-i azərbaycanlı ailəsidir.

Ailələrin evlərindən çıxarılmasına səbəb kimi onların dədə-babadan, bir əsrə yaxın yaşadıqları evlərlə bağlı müvafiq sənədlərinin olmaması göstərilir.

7 ailənin taleyi Gürcüstanda sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan birinə çevrilib. Ötən həftə 3 ailənin evlərindən əşyaları ilə birgə zorla çıxarılmasının əks olunduğu videogörüntülər internet istifadəçilərinin hiddətinə səbəb olub. Həmin gün məhkəmə icraçıları ərazidə olub və sakinlərlə şifahi qarşıdurma yaşanıb. Hadisə yerinə patrul polisi və təcili tibbi yardım çağırılıb.

Ailələrin şəraitsiz, köhnə əşyalı və rütubətli evləri 156 kv. m. sahədə yerləşir. Ailələrin xəbəri olmadan şəhərin mərkəzi Vera rayonunda yerləşən bu sahə bir qadın tərəfindən satın alınıb. İş adamı olan həmin qadının Petriaşvili küçəsinin yaxınlığında bir neçə ticarət və digər obyektlərin olduğu bildirilir. Neçə nəsil həmin evlərdə yaşamış 5 azərbaycanlı və 2 gürcü ailənin maddi vəziyyəti çox ağırdır. Onların arasında 3 əlil, yaşlı xəstələr və uşaqlar var. Ümumilikdə 35 nəfər hər günü evsiz qalacağı qorxusu və təlaşı ilə yaşayır.

Evini itirmək təhlükəsi ilə üzləşmiş ailələrdən biri Məmmədovlar ailəsidir. Ailənin üzvü, II qrup əlil Pərviz Məmmədov bildirib ki, atası 80 ildən çoxdur bu evdə yaşayır: "Martın 9-da məhkəmə icraçıları evimizin otaqlarını boşaltdılar. Şəkər xəstəsi olan atam və həyat yoldaşımla mətbəxə sığınmışıq. Sonradan tikildiyinə görə, mətbəx satılıb-alınmış yaşayış sahəsinə daxil olmayıb. İki uşağımı isə tanışların evinə yerləşdirmişik. Yaşamağa digər yer versələr, evimizdən çıxmağa razıyıq. Amma nə yaşayış yeri, nə də kompensasiya vermək istəyirlər. Getməyə başqa yerimiz yoxdur. Şikayətlərimizə baxan da yoxdur".

Məmmədovların boşaldılmış evinin qapısının qulpu çıxarılıb. Ailənin ev əşyaları qonşu evlərin həyətində açıq havada qalıb, evin qazla təchizatı da dayandırılıb.

Ailənin digər nümayəndəsi Fatma Məmmədova deyib ki, 7 ailə qanunsuz olaraq küçəyə atılır: "Ailələrin durumu çox ağırdır. Kasıbçılıqla, xəstəliklə çarpışan ailələrin evlərini əllərindən necə almaq olar? Vəziyyətimiz çox ağırdır. Martın 25-də məhkəmə icraçıları yenə gələcək və növbəti evi boşaldacaqlar".

Evindən çıxarılma qorxusu ilə yaşayan Maisuradze ailəsinin yaşayış sahəsi ilə bağlı sənədləri qaydasındadır. Lakin buna baxmayaraq, onların 1969-cu ildən yaşadığı sahə ailənin xəbəri olmadan satılıb. Ailənin yaşlı qadın üzvü evsiz qalmaq qorxusunun stressinə dözməyərək bu günlərdə vəfat edib. Ailənin ahıl başçısı gözdən əlildir və bu yaşda evsiz qalmaq qorxusu onun sağlamlıq durumunu daha da ağırlaşdırıb.

Yeddi ailənin hüquqlarını müdafiə edən vəkil Klara Şukvani ailələrin evlərindən çıxarılmasını qanunsuz olduğunu deyib: "Məhkəmə prosesi 2010-cu ildən davam edir. Sahəni satın almış tərəf müəyyən hissəni qanunsuz əldə edib və bununla bağlı cinayət işi üzrə araşdırma aparılır. Məhkəmənin son qərarı olmadan ailələrin evlərindən zorla çıxarılması yolverilməzdir. Həmin ailələrə xüsusi statusun verilməsini tələb edirik".

İş üzrə növbəti məhkəmə iclasının aprelin 2-də keçiriləcəyi gözlənilir.

Ailələrin problemi ilə bağlı Gürcüstan Azərbaycanlılarının Milli Konqresi (GAMK) artıq müvafiq dövlət qurumlarını məlumatlandırıb. GAMK sədri Əli Babayev bildirib ki, ailələr illərdir həmin ərazidə yaşayır, kommunal xərclər və digər vergiləri ödəyir: "Onların evlərinin olduğu sahə dələduzluq sxemi üzrə mənimsənilib. Biz tələb edirik ki, istintaq hərtərəfli aparılsın və günahkarlar müəyyən olunsun".

Ə. Babayev məsələ ilə bağlı Gürcüstanın baş naziri, Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, Ombudsman Aparatına müraciətin hazırlandığını və bu günlərdə təqdim olunacağını söyləyib.

Çarəsiz qalmış azərbaycanlı ailələr son ümidlərini Azərbaycan dövlətinə bağlayıb. Onlar Azərbaycanın Gürcüstandakı səfirliyini məsələ ilə maraqlanmağa çağırıblar. Azərbaycan səfirliyindən isə bildirilib ki, azərbaycanlı ailələrin problemi nəzarətə götürüləcək və diqqətdə saxlanılacaq.

5 azərbaycanlı ailənin evi əlindən belə alınır - FOTOLAR5 azərbaycanlı ailənin evi əlindən belə alınır - FOTOLAR5 azərbaycanlı ailənin evi əlindən belə alınır - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2014   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 357
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 272
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 199
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 166
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 339
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 463
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 771
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 182
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

14:04 259