Azərbaycanlı oliqarx-milyarder pullarını da götürüb ölkəni tərk etdi - FOTO

Azərbaycanlı oliqarx-milyarder pullarını da götürüb ölkəni tərk etdi - FOTORusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov bu ölkədəki kommersiya daşınmaz əmlak biznesini tərk edib. Virtualaz.org RBC agentliyinə istinadən xəbər verir ki, Rəhimov "Kiyevskaya ploşad" şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin yeni sahibi Rəhimovun Azərbaycanda qeydiyyatdan keçmiş "Fina" hüquq şirkətindəki tərəfdaşı olub.

Belə məlum olur ki, İlham Rəhimovun Rusiyanın ən iri rantye şirkətlərindən birindəki səhmləri Azərbaycandakı partnyorunun adına keçirməsi ABŞ Maliyyə Nazirliyi tərəfindən yanvar ayında "Kreml siyahısı"nın açıqlanmasından dərhal sonra baş verib. "Kreml siyahısı" yanvarın 29-a açıqlanıb. Bu siyahıya Kremlə yaxın oliqarxların da adı daxil edilib. Siyahıda azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Qod Nisanov, Zarah İliyev, Fərhad Əhmədov və Araz Ağalarov da yer alırdı. Lakin maraqlıdır ki, "Kiyevskaya ploşad" şirkətlər qrupunda İliyev və Nisanovla ortaq olan İlham Rəhimovun adı "Kreml siyahısı"ında yer almırdı.

Azərbaycanlı oliqarx-milyarder pullarını da götürüb ölkəni tərk etdi - FOTOBuna baxmayaraq Rəhimov yanvarın 31-də şirkətlər qrupundakı payını tərəfdaşının adına keçirib. Rusiyanın hüquqi şəxslərin qeydiyyatı üzrə Vahid Reyestrində yer alan məlumatdan belə məlum olur.

"Forbes" jurnalı 2014-cü ildə Rəhimovun təkcə bu şirkətlər qrupundakı payını 500 milyon dollar qiymətləndirmişdi. 2017-ci ildə "Kiyevskaya ploşad" kommersiya daşınmaz əmlakın icarəsindən 1.3 milyard dollar gəlir əldə edib. Şirkətlər qrupunun aktivləri arasında "Ukrayna" oteli, "Sadovod" bazarı, "Kaşirka avtomobil bazarı", "Grand" və "Grand 2" ticarət mərkəzləri və s. daxildir. Şirkətlər qrupuna daxil olan 6 şirkətdən 5-də Rəhimovun payı 15 faiz, 1-də 12 faiz olub.

Fevralın 2-dən etibarən isə "Kiyevskaya ploşad" şirkətlər qrupuna daxil olan "Vısotka" MMC, "Flora və Fauna" MMC, "Kaşirka Avtomobil Ticarət Mərkəzi" MMC, "Grandtitul" MMC, "Avers-3" ticarət-sənaye şirkəti, "Otel İnvest" MMC şirkətlərinin yeni səhmdarı Araz Mehdiyev olub. O, İlham Rəhimovun Bakıdakı "Fina LLP" hüquq firmasındakı tərəfdaşıdır. RBC bu məsələ ilə bağlı şirkətə və Araz Mehdiyevin elektron ünvanına sorğu göndərib, cavab ala bilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2830   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 341
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

12:26 470
.

Pasterizə edilmiş süddə quş qripi aşkarlandı

Quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri ölkədə bəzi pasterizə edilmiş süd nümunələrində tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası məlumat yayıb. Səhiyyə orqanları virus və bakteriyaların çiy və ya pasterizə edilmiş süd nümunələrində aşkar edildiyini bildiriblər

11:28 48
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

21:30 0
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

17:29 215
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

18:07 386
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 285
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 339
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 185