Türkiyə günə dəhşətli qəza ilə başladı — 6 ölü, 19 yaralı

Türkiyə günə dəhşətli qəza ilə başladı — 6 ölü, 19 yaralı
Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda sərnişin avtobusu yolun kənarında dayanan yük maşınına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər həlak olub, 19 nəfər xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıblar.

İstanbuldan Tokata səfər edən sərnişin avtobusu səhər saatlarında yol kənarında dayanan yük maşını ilə toqquşub. Qəzadan sonra avtobus alovlanıb. Yanğından mühafizə idarəsinin işçiləri alovu söndürüblər.

İstintaq başlayıb.

mənbə: olke.az
Türkiyə günə dəhşətli qəza ilə başladı — 6 ölü, 19 yaralı


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 514 Tarix: 13.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol