"Əli İnsanov və İlqar Məmmədov azadlığa buraxılacaq"

"Əli İnsanov və İlqar Məmmədov azadlığa buraxılacaq"
"Əli İnsanov da, İlqar Məmmədov da həbsdən buraxılacaq”.

BiG.AZ xəbər verir ki, bunu "Yeni Müsavat”a açıqlamasında İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu deyib.

O bildirib: "Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var”.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev isə bildirib ki, kimin əfvə düşüb-düşməməsi ölkə başçısından asılıdır: "Burada müxtəlif QHT-lər, hüquq müdafiəçiləri, eyni zamanda ayrı-ayrı şəxslər məhkumlarla bağlı müraciət edə bilərlər. Amma əfvlə bağlı qərar qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1353 Tarix: 13.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Farqilit
Farqilit 13.03.2018
Eli Ins***n tutulmaginda da qurawdirma iw var idi. Ama bu Ilqar Memmedovu niye tutdular onu bilmedim. Yaziq intervyu verdiyi yerde hecneden tutub apardilar


 
Anaveten
Anaveten 13.03.2018
Eli Ins*** Ilqar Memmedova tay tuturlar. Eli Insanov xalq taliyib deye tutulub. Bes Ilqar Memmedov neyneyib?