Nepalda təyyarə qəzası: 50 ölü – YENİLƏNİB + FOTO + VİDEO

Nepalda təyyarə qəzası: 50 ölü – YENİLƏNİB + FOTO + VİDEO
Katmandu beynəlxalq hava limanında təyyarə qəzası zamanı 50 nəfər ölüb.

Oxu.az-ın xəbərinə görə, bu barədə “Kathmandu Post” nəşri yazır.

Qeyd olunur ki, təyyarənin göyərtəsində 67 sərnişin və dörd ekipaj üzvü olub.

14:19

Katmandu beynəlxalq hava limanında qəzaya uğrayan US-Bangla aviaşirkətinin sərnişin təyyarəsinin göyərtəsində 67 nəfər olub.

Onlardan 17-si xəstəxanaya yerləşdirilib.

Daha 50 nəfərin taleyi barədə məlumat yoxdur.

13:51

US-Bangla aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nepalda Tribhuvana adına Katmandu beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.

S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb və alovlanıb.

Bildirilir ki, “Bombardier Dash 8 Q400” tipli təyyarələr 67-dək sərnişin tutumuna malikdir.


Nepalda təyyarə qəzası: 50 ölü – YENİLƏNİB + FOTO + VİDEO
Nepalda təyyarə qəzası: 50 ölü – YENİLƏNİB + FOTO + VİDEO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 995 Tarix: 12.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol