Millət vəkilinin təklifi gündəmdə: Bu reket jurnalistikanın sonu olacaq - MÜNASİBƏT

Millət vəkilinin təklifi gündəmdə: Bu reket jurnalistikanın sonu olacaq - MÜNASİBƏTAzərbaycan Jurnalistlərinin VII-ci qurultayı keçirildi. Qurultayda isə bir neçə təklif səsləndirildi. Millət vəkili Aqil Abbasın səsləndirdiyi təklif isə media sferasında ciddi müzakirələrə səbəb oldu.

Belə ki, millət vəkilinin Mətbuat Şurası tərəfindən bəlli jurnalistlərə "Mətbuat kart"ının verilməsi təklifini səsləndirməsi bəziləri tərəfindən etirazlarla qarşılansa da, bu təklifi dəstəkləyənlər də var.

Millət vəkilinin təklifi gündəmdə: Bu reket jurnalistikanın sonu olacaq - MÜNASİBƏTBununla bağlı BiG.AZ-a açıqlama verən Bakı Avrasiya Universitetinin Mətbuat və informasiya xidmətinin rəhbəri, "Asiya-fakt"İnformasiya Agentliyinin baş direktoru Şəfayət Avılbəyli Əliyev həmkarının təklifini dəstəklədiyini və bunun reket jurnalistikanın kökünü kəsəcəyini bildirdi:

"Jurnalistlərin VII qurultayında səsləndirilən fikirlər və təkliflər "media" nı nədən narahat edir ki?! Burda jurnalist vəsiqələrinin verilməsi Mətbuat Şurası tərəfindən təsdiq edilməsi və yaxud məhz Mətbuat Şurası tərəfindən verilməsi, məncə narahatçılığa səbəb ola bilməz. Burada şura üzvləri olan qəzet, jurnal, informasiya agentlikləri, o cümlədən xəbər portalları onsuz da nizamnamə daxilində fəaliyyət göstərirlər və şuranın təsisçiləridir. Digər tərəfdən narahatçılıq təbiidir, çünki qapı-qapı düşüb adlarını jurnalist qoyub medianı ləkələyənlər kənarda qalmaqlarından narahatdırlar. Kim özünə, sözünə güvənirsə onun üçün nə problem var ki..? Mən hesab edirəm ki, bu təklif əsl jurnalistika ilə məşğul olanlar üçün müzakirə mövzusu ola bilməz.

Əslində bu məsələ, yəni gündəmə gələn jurnalist vəsiqələrinin Mətbuat Şurası tərəfindən verilməsi yeni təklif deyil. Mətbuat Şurası yarananda bu məsələ aktual idi və bir çox redaksiyalar bu vəsiqələrdən istifadə ediblər. O zaman indi idarə heyətində oturanlardan bəziləri bu prosesin gedişinə zidd mövqe sərgilədilər və proses dayandı. Bunun da subyektiv səbəbləri var idi.

Hesab edirəm ki, bu təklif özünü müəyyən mənada doğruldacaq və reket jurnalistikanın getdikcə sıradan çıxmasına səbəb olacaq.

Qurultayda artıq 7-ci dəfədir ki, iştirak edirəm. Heç bir iddiada da olmamışam. Bəzən oturub kənardan izləmək daha maraqlıdır. Qurultaya bəziləri iddiaları üçün, bəziləri şəkil çəkdirmək üçün gəlirlər.

Müxtəlif təkliflər də oldu. Məsələn dostumuz Ceyhun Musaoğlu özünü şuranın idarə heyətində görmək istədiyini söylədi. Niyə də olmamalıdır?! Mən şəxsən bunu alqışlayardım, enerjili, mediada kifayət qədər nüfuz sahibidir, bu gündə vacib sahələrdən birində medianı təmsil edir. Heç olmasa 1 nəfər mətbuat katiblərindən birinə yer verilməli idi. Çünki medianın əksəriyyəti məlumatı mətbuat katiblərindən alırlar. Məncə gələcəkdə bu məsələ öz həllini tapacaq. Mən özüm mətbuat katibi işlədiyim üçün demirəm, sadəcə bu jurnalistlər üçün də məqbul olardı.

Əlbəttə həmişəki kimi qurultayda yenə qürurverici anlar yaşandı. Bu dəfə mediamıza dəstəyini əsirgəməyən hörmətli Əli Həsənovun çıxışı sözün əsl mənasında gündəmə nöqtə qoydu. Yəqin ki, mətbuatdan bu çıxışla bağlı məlumatınız var. Bütövlükdə qurultayda səsləndirilən və mediamızın inkişafına yönəlik bir çox məsələlərlə bağlı aparılan müzakirələrin yanındayıq.".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1078   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 329
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 379
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 487
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 343
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 229
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 766
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 600
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 235
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 189