"Ayrılsaq da, dost qalmışıq"

"Ayrılsaq da, dost qalmışıq"

Müğənni Rəvan Qarayev övladları ilə birlikdə "Zaurla Günaydın" verilişinə qonaq olub.

Aparıcı Zaur Baxşəliyev Rəvana boşanması ilə bağlı suallar verib. Onun "Bir arvad saxlaya bilmirsən" sözlərinə sənətçi belə cavab verib:

"Bu haqda danışmayaq. Üçüncü dəfə qəti evlənmək niyyətim yoxdur. Uşaqlarımı böyütməliyəm. Aramızda hər şey yaxşıdır. Mehribanıq. Ayrılsaq da, dost qalmışıq. Amma belə alındı".

Qeyd edək ki, Rəvan ikinci həyat yoldaşından ötən il ayrılıb. Onlar qalmaqallı şəkildə boşanıb. Sənətçinin xanımı Rəbanı evə gec gəlməkdə günahlandırmış, qayınatasının onları ayırdığını iddia etmişdi.

Milli.Az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1041 Tarix: 12.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Gunay_meherremova
Gunay_meherremova 12.03.2018
Bu sevgililerde ayrilanda deyir DOST QALAQ evlenib bowananda da DOST QALAQ sozune nifret ediremde men wexsen qebul etmerem DOSTLUGU