Yol polisi sürücülərə səsləndi

Yol polisi sürücülərə səsləndi
Yol polisi qeyri-sabit və yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

BiG.AZ xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında sürücüləri diqqətli olmağa çağırıb:

"Sürücülərə müraciət edirik ki, yolların sürüşmə ehtimalının olmasını nəzərə alaraq minimum sürətlə hərəkət etsinlər, qoyulmuş yol nişanlarına diqqət yetirsinlər, nizamlanan yolayrıclarında diqqətli olsunlar, keçmə növbəliliyini təmin etsinlər".

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq paytaxtda və rayonlarda aramsız yağışlı hava müşahidə edilir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 683 Tarix: 12.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol