"Türkiyəyə məxsus sərnişin təyyarəsinin vurulması əmrini verdim" - Putindən şok etiraf

"Türkiyəyə məxsus sərnişin təyyarəsinin vurulması əmrini verdim" - Putindən şok etiraf
Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə içində bomba olduğu və Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimini hədəf aldığı bildirilən "Pegasus" Hava Yollarına aid sərnişin təyyarəsinin vurulması əmrini verdiyi etirafını edib.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, "Mənə, Ukraynadan İstanbula istiqamətlənməkdə olan bir sərnişin təyyarəsinin qaçırıldığı, həmin şəxslərin Soçiyə enmək istədiyi xəbəri verildi", - deyən Putin bu haqda barəsində çəkilən sənədli filmdə danışıb.

Rusiya lideri göyərtəsində 110 sərnişin daşıyan "Pegasus" təyyarəsinin vurulması təlimatını verdiyini etiraf edib.

Putin bu talimatdan bir neçə dəqiqə sonra başqa bir zəng gəldiyni və xəbərin yanlış həyəcan olduğuna dair məlumatlandırıldığını qeyd edib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2212 Tarix: 12.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol