Dövlət orqanları şagird və tələbələri daşıyan nəqliyyat vasitələrinə diqqət ayırmalıdır - EKSPERT

Dövlət orqanları şagird və tələbələri daşıyan nəqliyyat vasitələrinə diqqət ayırmalıdır - EKSPERT

Xəbər verdiyimiz Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.

Dövlət orqanları şagird və tələbələri daşıyan nəqliyyat vasitələrinə diqqət ayırmalıdır - EKSPERT

Bununla bağlı BiG.AZ-a açıqlama təhsil eksperti Kamran Əsədov qeyd edib ki, keçən il martın 9-da Sumqayıt Dövlət Universitetinin tələbələri mikroavtobusda qəzaya düşmüş və çoxsaylı ölən var idi: "Bu gün də o hadisədən bir il sonra Yevlax rayonu ərazisində orta məktəb şagirdlərini buraxılış imtahanına aparan mikroavtobus qəzaya uğrayıb. "Xoşbəxtlikdən ölüm faktı olmayıb. İl ərzində şagird və tələbələrin ölüm və ya xəsarət alması ilə nəticələnən yol qəzaları baş verir. Bu onu göstərir ki, aidiyyati dövlət orqanları şagird və tələbələri daşıyan nəqliyyat vasitələrinə xüsusi diqqət ayırmalı, onları fərqləndirici nişanlarla və rənglərlə rənglənməli, onlara sürət həddi, hərəkət zolağı tətbiq olunmalı və əsas da sürücü kimi işə qəbul edilənlərə xüsusi diqqət ayrılmalıdır".

Aysel Yufiqızı

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 479 Tarix: 12.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol