Amerikalılar Hitlerin intiharını sübut etdilər

Amerikalılar Hitlerin intiharını sübut etdilər

2000-ci illərdə Adolf Hitlerin intiharı naməlum rentgen şəkilinin köməyi ilə sübuta yetirilib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Tarix İnstitunun baş elmi işçisi Vasiliy Xristoforov məlumat verib.

Onun sözlərinə görə, bir zamanlar Dövlət Təhlükəsizlik Xidmətinin Mərkəzi arxivinə amerikalı professor gəlib. O, fürerin arxivdə saxlanılan fraqmentlərini göstərməyi xahiş edib:

“Gözlənilmədən o, portfelindən Hitlerin sağlığında çəkilmiş çənəsinin rentgen şəkillərini göstərib”.

Təqdim edilən fotolar İkinci Dünya müharibəsindən Amerikanın Xüsusi Xidmət Orqanlarının arxivlərində gizli saxlanılıb. ABŞ-dan olan araşdırmaçı fotoları müqayisə edərək təsdiqləyib:

“Əgər nəticələr uyğun olmasaydı, düşünürəm ki, səs-küy qopardı. O, beləcə getdi və heç bir yerdə onun səfərilə bağlı məlumat işıqlandırılmadı”.

Xristoforov həmçinin qeyd edib ki, Hitlerin Latın Amerikasına qaçması ilə bağlı fərziyyələr vəfat etmiş insanların şahidliyi ilə təsdiqlənib, ola bilsin ki, hər şey uydurulub.

2017-ci ilin oktyabrında Mərkəzi Kəşfiyyat İdarəsi məlumat ötürən şəxslərdən birinin ifadəsini açıqlayır. O, təsdiq edir ki, sabiq esesçilərdən olan Filipp Sitroen İkinci Dünya müharibəsindən sonra Hitlerlə Kolumbiyada görüşüb. Hitler orada Şrittelmayer soyadı ilə gizlənirmiş.

Rəsmi məlumatlara görə isə, Adolf Hitler həyat yoldaşı Yeva Braun ilə 1945-ci ilin aprelin 30-da Berlində sovet ordusunun hücumundan sonra intihar ediblər. Onların cəsədləri reyxkanslerin bağında yandırılıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1395 Tarix: 11.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
princ111
princ111 12.03.2018
argentinada uzun ömür yaşayıb şərəfsiz.
vetenperver
vetenperver 11.03.2018
Argentinada yaşayıb ömrunun dibinəkimi..