Azərbaycanda satılan qoz-fındıqda qorxulu xəstəlik var - DƏHŞƏTLİ açıqlamalar

Azərbaycanda satılan qoz-fındıqda qorxulu xəstəlik var - DƏHŞƏTLİ açıqlamalarNovruz bayramı ərəfəsində əhali bayram süfrəsi və şirniyyatlar üçün qoz, fındıq, badam almaq üçün bazarlara üz tutur. Qoz-fındıq, ləpənin qiyməti cibimizə uyğun olmasa da Novruza xatir bu ərzaqlardan az da olsa almağa çalışırıq.

Azərbaycanda satılan qoz-fındıqla bağlı əhali arasında müxtəlif məlumatlar yayılıb. İddialara görə, qoz və fındıqdan daha çox gəlir götürmək üçün istehsalçılar uzun illərdir ki, bir üsula əl atırlar. Belə ki, qoz-fındığı yığandan sonra satışa verməzdən əvvəl uzun müddət nəm yerdə saxlayır, qurutmur, düzgün şəraitdə saxlamırlar. Nəticədə nəm ləpə çəkidə daha ağır gəlir və alıcını aldatmaqla bir kq qoz-fındıqdan daha çox gəlir əldə olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu faktı BakuPost-a təsdiqləyib. Bildirib ki, 4 il əvvəl məhz bu səbəbdən Avropa tonlarla Azərbaycan qozunu geri qaytarıb: "Çox təəssüf ki, bu məlumat doğrudur. Bizim sahibkarlar çox qazansınlar deyə milləti düşünmür. Yadımdadır, 4 il bundan əvvəl tonlarla Azərbaycan qoz-fındığını Avropaya buraxmadılar. Səbəb tərkibinin zərərli olması idi. Qoz-fındığımızın tərkibində aflotoksin adlı maddə çox idi. Aflotoksin çox zərərli göbələk növüdür".

E. Hüseynov maraqlı bir məqama da diqqət çəkib: "Sual edirəm ki, Avropanın qəbul etməyib geri qaytardığı o qoz-fındıq necə oldu? Təbii ki, burada əhaliyə satıldı. Aflotoksin göbələyi ilə zəhərli qoz-fındıq və çərəzlər günü bu gün də bazarlardadır. Novruz bayramı ərəfəsində satışa çıxarılan bu qoz-fındığı yoxlayan qurum yoxdur. Azad bazar iqtisadiyyatıdır, istər kəndlisi, istər sahibkarı malını istədiyi kimi satır. Bazarlarda laborarotiya yoxdur".

"Bəs şirniyyatları bişirərkən və yeyərkən bu zərərli maddədən necə qorunmaq olar" sualına mütəxxəsis belə cavab verib: "Düşünürəm ki, qabıqlı qoz-fındıq və ləpəni alandan sonra qurutmaq artıq bir fayda verməz. Məsləhətlisi odur ki, ləpəni şirniyyatlarda istifadə etməzdən əvvəl yüksək temperaturda qovursunlar və qovrulmuş halda da yesinlər"

Azərbaycan Tibb jurnalının baş redaktor müavini Fuad İslamzadə isə nəm şəraitdə saxlanılan qoz-fındığın sağlamlıq üçün təhlükəli olduğunu deyib: "Düzgün qurudulmayan qoz-fındıq, araxisin tərkibində qaraciyər üçün zərərli, serroz, fibroz, qaraciyər xərçənginin yaranmasına səbəb olan aflotoksin adlı maddə yaranır. Bu maddə çox olduqda qoz-fındığın dadı dəyişir, içərisində sarı rəngdə kif əmələ gəlir. Aflotoksinlər Avropadan üzü bəri, Şərqə doğru və Cənubi Qafqazda daha çox yayılıb. Bu ölkələrin əhalisinin qidasında qoz-fındıq daha çoxdur. Qoz-fındıqda təbiətən belə maddə olmur. Bu maddə məhz saxlanma şəraiti düzgün olmadıqda yaranır, yəni birbaşa insan müdaxiləsinin nəticəsidir. Ona görə qoz-fındıq alarkən ehtiyatlı olmaq lazımdır. Düzdür, bazarlarda ən tərifli qoza belə güvən yoxdur. Qoz-fındıq satanlar öz qazancına xatir insanlarımızın səhhətinə böyük zərbə vurur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2292   Tarix: 10 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949