Lider TV-də 8 aylıq maaş böhranı: Kələfin ucu itib...

Lider TV-də 8 aylıq maaş böhranı: Kələfin ucu itib...Lider TV-nin əməkdaşları 8 aydan çoxdur maaş ala bilmir. Problem səbəbindən peşəkarlar kanalı tərk edir.

BiG.AZ xəbər verir ki, Lider TV əməkdaşlarının Qaynarinfo-ya verdiyi məlumatda bildirilir ki, işçilər sonuncu dəfə 2017-ci ilin avqust ayında əməkhaqlarını tam ala biliblər.

Qeyd olunur ki, vergi məsələlərinə görə kanal əməkdaşlarına maaş yarı-yarı verilir: belə ki, orta maaş 400 manatdırsa, bunun 200 manatı kart sistemi ilə, digər yarısı isə nəğd olaraq ödənilir. Ancaq avqust ayından etibarən işçilərə nağd olaraq verilən maaşlar verilmir. Beləliklə, əməkdaşlar artıq üzun müddətdir ki, maaşlarının 50 faizini ala bilirlər.

Bank vasitəsilə ödəniş də gecikir. Əməkdaşların sözlərinə görə, mart ayı olmasına baxmayaraq, yanvar ayının maaşı hələ də köçürülməyib.

Problem səbəbindən Lider TV-də uzun illərdir çalışan bir çox peşəkar telejurnalistin ölkə rəhbərliyinə müraciət də ünvanladığı, sadəcə, mediaya müraciətin mətnini açıqlamadıqları iddia edilir.

"Peşəkar işçilər kanaldan ayrılmağa qərar veriblər. Xəbərlər Departamentində 5 montajçıdan cəmi biri qalıb, 4 nəfər işdən ayrılıb. Boşluğu doldurmaq üçünsə AzTV-dən montajçılar saatla dəvət olunur və onlardan istifadə edilir", - kanal əməkdaşları bildirib.

Ötən gün isə qalmaqallı hadisə yaşanıb. Xəbərlər Departamentinin Eldar adlı kanaldan ayrılmağa məcbur olan keçmiş əməkdaşı (onun işarə dili ilə efirə verilən xəbərlər proqramında çalışdığı deyilir) bıçaqla Lider TV-yə gələrək, maaşı ödənilməyəcəyi halda özünə xəsarət yetirəcəyini deyib. Mühafizəçilərin çətinliklə sakitləşdirdiyi əməkdaşı Lider TV-nin rəhbəri qəbul edib və ona 200 manat ödənilib. Qalan maaşının isə yaxınlarda ödəniləcəyi vəd edilib.

İşdən ayrılanların maaşı ödənilmir, israr edənlərin əmək kitabçalarına isə növbəti iş yerinə qəbulda problem yaradacaq "maddə" (Əmək Məcəlləsində işdən azad edilməsi üçün işçinin məsuliyyətsizliyini əks etdirən 70-ci maddə - red.) yazılır.

Yaranmış problemlərlə əlaqədar saytımıza açıqlama verən Lider TV-nin xəbərlər departamentinin rəhbəri Anar Şükürov bildirib ki, əksər şirkətlərdə olduğu kimi, Lider TV-də də müəyyən problemlər var: "Maaşla bağlı çətinlik digər kanallarda olduğu kimi bizim kanalda da var. Ancaq bu o demək deyil ki, ümumiyyətlə 8 aydan çoxdur maaş verilmir. Bəzi hallarda əməkhaqları verilir. Həmçinin vəziyyətdən çıxmaq üçün tədbirlər görülür. Ancaq "ümumiyyətlə maaş verilmir" məsələsi yoxdur. Az-az da olsa işçilərə maaş verilir".

Xəbərlər Departamentində çalışan montajçılardan 4-nün işdən ayrılmasına da aydınlıq gətirən A.Şükürov bildirib ki, belə bir problem yoxdur: "Xəbərlər Departamentinə məsul olan şəxs kimi deyə bilərəm ki, departamentimizdə hazırda 4 montajçımız var. Hər biri də Lider TV-də çalışan əməkdaşlardır".

Kanalın peşəkar əməkdaşlarının problemlə əlaqədar ölkə rəhbərliyinə müraciətindən danışan A.Şükürov bildirib ki, bu barədə məlumatlı deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 929   Tarix: 07 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 280
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 134
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 272
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 285
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 354
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 296
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 469
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 508
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 259