Bakı Şəhəri üzrə Təhsil İdarəsində şok olay: Qapını bağlayıb laboranta məcburi qol çəkdirdilər

Bakı Şəhəri üzrə Təhsil İdarəsində şok olay: Qapını bağlayıb laboranta məcburi qol çəkdirdilərBakı şəhəri Nizami rayon 220 nömrəli məktəb-litsey ətrafında baş verən qalmaqal səngimək bilmir. Xəbər verdiyimiz kimi təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva ilə hazırkı direktor Tural Mirzəliyev arasında narazılıq yaşanmışdı.Qeyd olunan bu məsələ artıq bir neçə aydır ki, mətbuatın gündəmini zəbt edib. Həmin olayla bağlı daha bir şok hadisə baş verib.

BiG.AZ Femida.az-a istinadən xəbər verir ki, məktəbdə baş verən hadisələrlə bağlı laborant Nəzrin Əhmədova Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb. Hər şey də elə bundan sonra baş verib. Laborantın saytımıza verdiyi məlumata görə, ona hadisələrin şahidi kimi izahat yazmaq təklif olunub. Lakin yazdığı izahat onu qəbul edən Nazim Bağırovun xoşuna gəlməyib.

"Martın 2-də məlum hadisələrlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəvət olundum. Məni əvvəlcə daxili nəzarətin rəhbəri Sərxan müəllim qəbul etməli idi. Onun işi olduğu üçün məni digər əməkdaş Nazim Bağırovun otağına göndərdilər.Nazim müəllim mənə dedi ki, məktəbdə baş verən hadisələrlə bağlı izahat yazım. Lakin qarşıma şərt qoydu ki, izahatı onların dediyi kimi yazmalıyam. Əlbəttə buna etira etdim. Məndən haqq istədilər və mən də haqqı danışmağa başladım. Bu onların xoşuna gəlmədi, əsl sifətlərini nümayiş etdirərək təzyiq etməyə başladılar. Mənə heç bir əsası olmayan , məktəbin keçmiş direktoru ilə bağlı və şagirdlərin qəbul qaydalarının guya Rzayeva Zeynəb tərəfindən icra edildiyini və mənim də onun sifarişi ilə ÜM-1 dediyimiz siyahını tərtib etdiyimi, onların dediyi qeyri- qanuni işlərin indiki məktəb direktoru Tural müəllim tərəfindən yox, ibtidai siniflər üzrə direktor müavini tərəfindən görüldüyünü israr edərək, onların dediklərini yazmağımı tələb etdilər."

Nəzrin Əhmədovanın bildirdiyinə görə, ona təyziq edən şəxslərdən digəri Sərxan müəllim olub.

"Onların dediyi kimi izahatı yazmadığım üçün Nazim Bağırov üzərimə hücum çəkdi. Mənimlə çox kobud şəkildə rəftar etdi və izahat yazılan vərəqi əlimdən almağa çalışdı. Əsəbimdən yazdığım izahatı iki hissəyə böldüm. Buna baxmayaraq izahatın parçalanmış hissələrini belə məndən almağa çalışırdılar, əl - qol atırdılar. Amma izahat vərəqini daha da xırda –xırda etdim. Məndən cırılmış izahat vərəqini onların zibil yeşiyinə atmağımı məcbur edirdilər."

Laborantın sözlərinə görə, adını qeyd etdiyi şəxslər tərəfindən ona məcburi şəkildə akta imza atdırılıb və onun işdən qovulacağı deyilib.

"Sərxan və Nazim Bağırov adlı şəxslər mənə təzyiqi daha da artırıb akt tərtib etdilər. Aktı öz istədikləri kimi yazdılar və qapını bağlayıb akta qol çəkməsəm otağı tərk edə bilmərəm dedilər. Bakı Baş Təhsil İdarəsində bu yolla tərtib etdikləri aktı mənə məcburi imzalatdılar. "

Şikayətçinin sözlərinə görə, bütün bu addımlar daha əvvəl işdən çıxarılan Zeynəb Rzayevaya qarşı ifadə yazmadığı üçün təşkil olunub.

"Mən Allahımdan qorxuram, mən insanam və ən əsası həqiqətin nə olduğunu bildiyim üçün və Zeynəb Rzayevaya atılan böhtanların olduğunu uzun zamandır məktəbdə izləyirəm və müəllim heyyətindən bu şəxslərin necə məcburi izahatların alındığının şahidiyəm. Mən bu çirkaba əlimi bulaşdıra bilmərəm, insanlığımı itirib, vicdanımı ayaq altına atıb -iş üçün, pul üçün, yaltaqlıq üçün Zeynəb Rzayevanı yalandan ləkələyə bilməzdim."

Nəzrin Əhmədova onu da qeyd edib ki, hadisə baş verən zaman 220 nömrəli məktəb-litseyin yeni direktoru Tural Mirzəliyev də həmin binada olub.Lakin səs-küyü eşitsə də, hadisələrə müdaxilə etməyib. Qeyd olunan hadisədən ağır sarsıntı keçirən laborant hazırda işə çıxmadığını və məsələnin hüquq müstəvisində həll edəcəyini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2472   Tarix: 06 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693