Tacir Şahmalıoğlunun maşını yandı? - VİDEO

Tacir Şahmalıoğlunun maşını yandı? - VİDEOMəşhurlar bu dəfə​ ARB Ulduz-un "Şou məkan" proqramının kameralarına başlarına gələn zarafatlardan danışıblar.

Tacir Şahmalıoğlu: "Mənə zəng etdilər ki, maşın yanır. Həmin vaxt yatırdım. Maşında sənədlər, bir az da pul var idi. Xəbəri eşidən kimi elə bunlar yadıma düşdü. Ay aman, pul getdi, sənədlər yandı. Sonra gördüm ki, uşaqlar gülürlər. Sən demə, 1 aprel zarafatı imiş".

Cəmilə Tağızadə: "Serialda çəkiləndə bacılarım var idi - Günay və Rumiyyə. Məni hava limanında qarşılayanda çox böyük bir sürpriz etdilər. Mən həyəcandan, stressdən, qorxudan ağladım. O da özüm üçün deyil, Rumiyyə üçün. Dedilər ki, Rumiyyəni götürüb aparıblar, vəziyyəti çox pisdir. O dərəcədə pisdir ki, biz itirdik Rumiyyəni. Siz mənim halımı təsəvvür edin də. Çox pis vəziyyətdəydim. Bir də gördüm ki, Günayla Rumiyyə gəlir, sağ-salamat, hər şey də yaxşıdır. Düşündüm ki, indi ürəyim partlayacaq."

Roza Zərgərli: "Yeni il qabağı mənə mesaj gəlmişdi ki, mən sənə nifrət edirəm, dünyada səni kimi adam görmədim. Bu qədər insafsızlıq, şərəfsizlikmi olar? Bu sözlər yazılmışdı. Çünki sən Şaxta babaya inanmırsan. İlk dəfə oxuyanda çox qorxmuşdum. Çünki həmin mesajı yazan o qədər yaxın bir insan idi ki. Düşündüm ki, axı mən ona nə etmişəm?"

Zarafatın dərəcəsi bəzən o qədər amansız və adamı özündən çıxaran olur ki, insanlar zarafat edəni elə həmin dəqiqə bir qaşıq suda boğmaq istəyirlər.

Xatun: "Xanım müxbir var idi. Bir gün çəkilişə gəldim. Çəkilişə gələndə saçımı yığmışdım. Bir telim düşmüşdü üzümə.Tutdu saçımın telini dartdı. Dedim sən nə edirsən? Çəkiliş qabağı istəmirdim ki,​ əhvalım pozulsun. İstədim onun bütün saçını yolam. Dedi ki, zarafat elədim də. Gəl sən də mənim saçımı dart. Mən onda onun üzünü gördüm."

Zarafat edənin də, zarafat qurbanının da zövq aldığı, sonda əyləncənin olduğu məqamlar var ki, bu cür xoş zarafatlardan heç kimə əsəb və stress gəlməz.

Nüşabə Ələsgərli: "Ailəvi dostumuz var, Zemfira xanım Mədətova​. O, Hindistana gedib gəlir, bizneslə məşğuldur. Yatırdıq, səhər saat altı ya yeddi olardı. Zemfira xanım aprelin 1-də​ zəng edib ki, Nuşka, Rza yanındadır? Deyirəm səhər altıdır da, yanımda yatır. Dedi ki, Rzanı Bollivuda çağırırlar, kinoya çəkmək istəyirlər. Təbrik edirəm, gözünüz aydın. Mən də sevindiyimdən Rzanı oyadıram ki, dur-dur...".

Nazənin: "Bir dəfə məni hava limanına göndəriblər ki, Moksvada toya getməliyik. Biletlər də yazılıb. Getdim, gördüm heç nə yoxdur. Dostum yanımdan çıxdı ki, yaxşı oldu, səni neçə vaxt idi ki, görmürdüm. Amma sözün açığı elə pərt olmuşdum".

Müğənni Samir Cavadzadənin Əməkdar artist Röya Ayxana etdiyi aldadıcı zarafat isə zarafatların ən maraqlısı sayıla bilər.

Samir Cavadzadə: "Röyaya deyirəm ki, tortun üzərindəkiləri söndürmək olar. O da mənə inanır. Bax bu videoda deyirəm ki, onu söndür. Söndürməyə başlayır. Bu cür zarafatlarımız da olub. Onu söndürmək olmur axı".

Heyvanlara, hətta onların oyuncaq versiyalarına belə olan fobiya, müğənni Yusif Mustafayevi də bərk qorxuya salıb.

Yusif Mustafayev: "Cibimə ilanın skletini atıblar. Həyatda ən çox qorxduğum da ki, ilandır. Onda qorxduğum kimi hələ qorxmamışdım".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1351   Tarix: 06 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054