Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə statistik məlumatlar

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə statistik məlumatlarDövlət İmtahan Mərkəzi tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilir.

DİM-in mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, 11 yanvar 2018-ci il tarixində 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional "ASAN" xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilir.

Dövlət İmtahan Mərkəzi ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim böyük önəm verdiyi üçün Mərkəz tərəfindən hər gün keçirilən müsahibələrin nəticələri, statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı günlük yekun məlumatlar verilir.
Hər bir şəxs DİM-in saytında müsahibələrin keçirilmə qrafiki və nəticələri bölməsində nəticələrlə, ayrıca olaraq dövlət orqanı, vakant vəzifə və müsahibədə uğur qazanmış namizədlərin siyahısı ilə, eləcə də dövlət orqanları üzrə ərizə qəbulu və müsahibə mərhələsi üzrə statistika ilə tanış ola bilər.

Qeyd edək ki, 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə indiyə qədər qeydiyyatdan keçmiş namizədlərlə 574 müsahibə keçirilmişdir. Müsahibələrdə iştirak etmiş 206 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilmiş, 363 namizəd isə vəzifə uyğun hesab edilməmişdir. 5 nəfərin nəticəsi etibarsız hesab edilmişdir. Qeydiyyatdan keçmiş namizədlərdən 355 nəfəri müsahibələrdə iştirak etməkdən imtina etmiş, 268 namizəd isə müsahibələrdə iştirak etməmişdir.

Xatırladaq ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmamışdır. Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 10, 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçmişdir. Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.
Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv edə bilərlər.
Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcəkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 696   Tarix: 06 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

14:01 910
.

"Hizbullah" İsrailə raket yağdırdı

"Hizbullah" silahlıları İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini çox sayda raket sistemləri ilə atəşə tutub. Məlumata görə, İsrail ərazisinə azı 30 raket atılıb. 14 yaşayış məntəqəsində hava hücumu xəbərdarlığı səslənib. Bildirilir ki, Livanla sərhəddən 20 kilometr uzaqlıqda yerləşə

22.04.2024 442
.

"ABŞ-nin TikTok sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq"

"ABŞ-nin TikTok sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq". xəbər verir ki, BBC-də yayımlanan xəbərə görə, TikTok sözçüsü ABŞ Nümayəndələr Palatasında platformanı qadağan edən qanun layihəsinin təsdiqini pisləyib. Sözçü ABŞ-ın TikTok-

22.04.2024 304
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

10:59 343
.

İsrailin Rafah-a hücumları nəticəsində azı 8 fələstinli öldü

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rafah şəhərində müxtəlif nöqtələrə hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 fələstinlinin öldürülüb. Bu barədə Səhiyyə mənbələri məlumat yayıb. Məlumata görə, beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, İsrail ordusu Rafahı

22.04.2024 240
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

12:13 158
.

Hacı Şahinin oğurlanmış "YouTube" kanalı geri qaytarıldı

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi "YouTube" hesabı geri qaytarılıb. xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi "Facebook" səhifəsində məlumat verilib. "Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi "YouTube" kanalı ger

22.04.2024 483
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 298
.

" ABŞ Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir" - Politoloq

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığ

15:21 186