"Azərişıq" ASC sahibkarlara müraciət etdi - VİDEO

"Azərişıq" ASC sahibkarlara müraciət etdi - VİDEOFevral ayının 15-dən etibarən "Azərişıq" ASC "ASAN" xidmət vasitəsilə daha bir yenilik etdi və bununla da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi artıq bölgələrdəki bütün "ASAN" xidmət və "ASAN" kommunal mərkəzlərində gerçəkləşdirilməyə başladı. Elə bu səbəbdəndir ki, fevral ayı ərzində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin sayında sıçrayış olub. Belə ki, fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq 330 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib. Hansı ki, yanvar ayında 284 sahibkar bu məqsədlə ASAN Xidmət və ASAN kommunal mərkəzlərinə müraciət etmişdi. Sahibkarların elektrik
şəbəkəsinə qoşulmaq üçün "ASAN" xidmət vasitəsi ilə "Azərişıq" ASC-yə müraciətlərinin sayının çoxalmasında digər səbəb heç şübhəsiz vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə salınması və elektrik şəbəkəsinə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsidir.

Fevral ayı ərzində sahibkarlarla yanaşı əhali abonentlərin də "ASAN" xidmət vasitəsi ilə "Azərişıq" ASC-yə müraciətlərinin sayında artım olub. Əgər yanvar ayında 3041 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün "ASAN" xidmət vasitəsi ilə "Azərişıq" ASC-yə müraciət etmişdisə, fevral ayının 28 günü ərzində 3252 vətəndaş müraciət edib. Sözsüz ki, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulmaq üçün həyata keçirilən xidmətin bütün bölgələrdəki "ASAN" xidmət mərkəzlərini əhatə etməsi, bu məsələdə də öz müsbət rolunu
oynayıb.

Ümumilikdə isə fevral ayı ərzində "Azərişıq" ASC-nin "ASAN" xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart karta ödəniş edilməsi) 19 min müraciət olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 554   Tarix: 06 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 282
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1161
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 123
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 217
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 287
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 257
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 328
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 381
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 202