"Gəlirlər ki, məni bu məşhura oxşadın" - Tanınmış estetik cərrah Siruz Qoçqani ilə MÜSAHİBƏ

"Gəlirlər ki, məni bu məşhura oxşadın" - Tanınmış estetik cərrah Siruz Qoçqani ilə MÜSAHİBƏAzərbaycanda yetərincə məşhur olan və əl qabiliyyəti ilə dünyaya səs salan tanınmış plastik cərrah Siruz Qoçqani BiG.AZ-a müsahibə verib.

Sözügedən müsahibəni oxuculara təqdim edirik:

Siruz həkim, bilirik ki, uzun müddətdir bu sahədəsiz və yetərincə təcrübəniz var. Konkret olaraq neçə ildir Azərbaycanda çalışırsız?

- Sizə deyim ki, mən artıq 20 ildir plastik cərrah kimi fəaliyyət göstərirəm. Azərbaycanda isə 10 ildən çoxdur.

Həkim, bəs xarici ölkələrdən iş təklifi gəlirmi? Niyə məhz Azərbaycanda fəaliyyət göstərmək istəyirsiz?

- Əlbəttə gəlir, Türkiyə və Dubaydan çoxsaylı iş təklifi gəlib. Sadəcə olaraq, mənə Azərbaycan daha rahat və burda işləmək daha xoşdur.

Azərbaycanda sizə xanımlar təbii ki, daha çox müraicət edir. Əsasən, çoxluq hazırda hansı əməliyyatadır?

- Təbii haldır ki, xanımlar daha kompleksli olurlar. Əməliyyatdan çıxanda gözlərindəki gülüş onlar üçün nəyə desəz dəyər. Ən çox rinoplasktika və bədən korreksiyası (sinə qarın, kürək, ayaqlar və s.) çoxluq təşkil edir. Liposakşn burunla bərabər (say çoxluğuna görə nəzərdə tuturam) icra olunan əməliyyatdır.

3 və ya daha çox hissəni eyni anda əməliyyat etmək mümkündürmü?

-Əlbəttə, mümkündür. Bu artıq xəstənin istəyinə bağlıdır. Amma, burada yaş faktoru da önəmlidir. Orta yaşı keçmiş insanlara eyni anda çoxsaylı əməliyyat məsləhət görülmür.

Bəs, belə əməliyyatlarda risk neçə faizdir?
- Sizə deyim ki, bütün əməliyyatlarda risk faktoru bir faiz də olsa var. Bu hətta diş də var. Lakin, xəstə əməliyyata girməmişdən öncə bütün müayinələrdən keçir, müsbət nəticə olarsa, daha sonra əməliyyata buraxılır.

Hansı xəstəlikdən əziyyət çəkənlərə əməliyyat olmaz?
- Ürək problemləri, astmalar, tromblar, bəzi genetik xəstəliklər var ki, onlarda da əməliyyata girmək olmaz. Amma elə xəstəliklərdə var ki, əməliyyatdan öncə müalicə edirik, sağalır daha sonra əməliyyata salırıq.

Olubmu ki, hansısa xəstəni öhdənizə götürməmisiz, yəni geri qaytarmısız?

- Olub, çox olub. Elə xəsətlər olub ki, baxmışam ki, onun əməliyyat olunmasına ehtiyac yoxdur. Eləsi də olub ki, anadangəlmə ürək qüsurludur, şəkəri yüksək səviyyədədir onları geri qaytarmışam. Belə hallar çox olub.

Məşhurlardan kimləri əməliyyat etmisiniz?

- Həddindən artıq çox məşhurun əməliyyatlarını icra etmişəm. Amma, adlarının çəkilməsini özləri istəmədiyi üçün ad çəkə bilməyəcəm. Məşhurlarla yanaşı, məmur xanımları da əməliyyat üçün mənə müraciət ediblər.

Bu hansı əməliyyalardır ki, məşhurlar adlarının çəkilməsində israr edirlər?

-Qlyuteoplastika yəni, arxanı dikləşdirmək, yumrulaşdırmaq, ətrafındakı artıq yağları almaq, popoüstü çuxur əmələ gətirmək, beli incəltmək nəzərdə tutulur. O cümlədən, sinə əməliyyatları da daxildir. Cəmiyyət hələki, belə əməliyyatları normal qəbul etmir deyə, adi insanlarda gizlətməyə çalışırlar. Ona görə, məşhurların adlarının gizli saxlanılması normal haldır. Belə əməliyyatlardan sonra çox müşahidə etmişəm ki, xəstənin bütün həyatı yaxşıya doğru dəyişib.

Rinoplastikanı hansı üsulla həyata keçirirsiniz?

- Mən yalnız, açıq üsulla, Piezo aparatı vasitəsi ilə əməliyyat edirəm.

Xəstələrdən kimsə yerli məşhurlardan hansınınsa burun formasını göstərib eynisini istəyib? Olubmu belə hallar?

- Əlbəttə, çox olub. Amma, tamamilə, əleyhinəyəm. Çünki bu xəyaldır. Hər kəsin öz cizgilərinə uyğun burun edirəm. Yerli məşhurlardansa əsasən, Hollivud ulduzlarının burun formasını istəyirlər.

Slikon popo, slikon ayaq, slikon sinə və s. Bunların orqanizmə verəcək fəsadları varmı?

- Slikonun bəli fəsadları ola bilər. Məsələn, ola bilər ki, bədən qəbul etməz.

Bunu əvvəlcədən təyin etmək mümkündürmü bəs?

- Xeyr, çünki onlar zaman-zaman üstündəki kapsul düzəlir, bərkiyir.

Xərçəngə çevirə bilərmi?

- Xeyr, qətiyyən. Əks halda əməliyyat olunub, slikon çıxarılır. Çarə yoxdur.

Azərbaycanda bu sahədə özünüzə rəqib kimi görürüsünüz?

- Kolleqayıq, onların uğuru da mənimkidir. Hamımızın hədəfi eynidir. Var bəzi həkimlər ki, burun əməliyyatlarını bəyənmişəm. Amma, bədən korreksiyasında özümə rəqib görmürəm.

Yəqin ki, olub öz yaxınlarınızı da əməliyyat etmisiniz. Hər hansı bir narahatlıq yaşamısınızmı?

- Mənim üçün bütün xəstələr eynidir. Həm yaxınlarım, həm yad olanlar. Hamsına eyni cür yanaşıram və eyni cür də narahat oluram.

İnstagram səhifənizdə tez-tez xarici vətəndaşları əməliyyat etdiyinizi müşahidə edirik. Onlar internet vasitəsilə sizə müraciət edir, yoxsa tanışlıqla?

- Elə instagramın özündən müraciət edirlər. Əl işlərimə baxıb, bəyənib bura üz tuturlar.

Bu günə kimi keçirdiyiniz ən ağır əməliyyat hansı olub? Hansı xəstəniz belə hadisə ilə yaddaşınıza həkk olub?

-Olub belə xəstə... 8 saatlıq ağır əməliyyat etmişəm. 7 əməliyyat eyni zamanda həyata keçrildi. 31-32 yaşında xanım idi. Nəticə çox gözəl oldu. Dəyişiklik dəhşətli dərəcədə nəzərə çarpırdı, əlbəttə ki, yaxşı mənada.

Əməliyyatın əsas riskli nüaslarından biri də narkozdur. Bu da xəstələri daha çox qorxudur. Həkim, zəhmət olmasa, narkozun riskləri haqqında da bir az danışardız.

- Düzdür, narkoz xəstələri ən çox maraqlandıran nüanslardandır. Əməliyyat zamanı narkozdan kiminsə yaxını və ya tanıdığı şəxs həyatını itirirsə, bu həmin adamlarda fobia olaraq qalır. Bu bütün dünyada belədir. Amma, narkoz o qədər qorxulacaq bir şey deyil. Çünki, həmin zamanda xəstə kontrol altında olur. Bir məsələ də var ki, gərək xəstə keçirdiyi bütün xəstəlikləri öncədən desin. Misal olaraq, sizə öz xəstəm haqqında məlumat verəcəm. Həmin xanım əməliyyatdan öncə müayinələri müsbət çıxsa da, özünün bizdən gizlətdiyi xəstəliyi olub. Sən demə, ürəyin çox böyük aretmiyalar olub. Halbu ki, bu müayinədə o qədər göstərməmişdi. Çox çətinliklə onu həyata qaytara bildik. Oyananda ondan niyə bizdən gizlətmisiniz xəstəliyinizi soruşduq, o sizə "qorxdum ki, əməliyyat etməzsiniz, mən bundan öncəki əməliyyatda kliniki ölüm keçirmişdim" deyə cavab verdi. Baxın, bu böyük məsuliyyətsizlikdir. Hər şeyi öncədən demək mütləqdir.

Oxucularımıza əlbəttə, əməliyyatların qiymətləri də maraqlıdır. Bu haqda hər hansı bir məlumat verə bilərsinizmi?

-Düzdür, biz konkret olaraq, müəyyən aralıqda qiymət nəzərdə tutmuşuq. Amma, müayinə etməmiş konkret qiymət demək düzgün deyildir. Qəbul ödənişsizdir, istəyən hər kəs müraciət edib, dəqiq qiymət öyrənə bilər.

Bizdə bu sahə get-gedə inkişaf edir. Sizin kimi cərrah olmaq istəyən gənclərə nə məsləhət verərdiniz?

-Ancaq və ancaq çalışmaq, araşdırmaq və oxumaq lazımdır. Utanmadan, çəkinmədən müəllimlərinizə suallarınızı verin, məsləhət alın. İşlərinə həvəslə yanaşsınlar. Mən uşaqlıqdan bu sahəni sevmişəm. Yenidən dünyaya gəlsəydim, yenə də bu sahəni seçərdim.

Geniş müsahibə üçün sizə təşəkkür edirik.
-Çox sağ olun.
Şahidə Tapdıq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1683   Tarix: 06 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816