Azərbaycanın ən yaşlı sakininin adı Ginnesin rekordlar kitabına salına bilər
Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu Azərbaycanın ən yaşlı sakininin adının Ginnesin rekordlar kitabına salınması üçün işlər aparmağı planlaşdırır.
BiG.AZ xəbər verir ki, bunu Trend-ə AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
U.Həşimova bildirib ki, hələ keçmiş sovet dönəmindən Azərbaycan uzunömürlülər diyarı kimi tanınıb:
"Böyük Vətən müharibəsindən sonra da aparılan tədqiqatlar göstərib ki, hətta ağır aclıq, müharibə illərinə baxmayaraq, Kiçik Qafqazda, Talış dağlarında yaşı 100-ü ötmüş bir çox uzunömürlülər olub. Lerik sakinləri olan Şirəli Müslümov, Mahmud Eyvazovun adları demək olar ki, dünyada məşhur idi".
U.Həşimova Azərbaycanın ən yaşlı sakinlərinin adlarının indiyədək Ginnesin rekordlar kitabına salınmamasının səbəbini də açıqlayıb:
"Azərbaycanda bu vaxta qədər qeydə alınmış 145 və daha çox rekord yaşlar təəssüf ki, heç bir sənəd ilə təsdiqlənməyib və mütəxəssislər tərəfindən verifikasiya edilməyib. Ona görə onların bu kitaba daxil edilməsi mümkün olmayıb. Ginnesin rekordlar kitabına yalnız yaşınn verifikasiyası aparılmış şəxslər daxil edilə bilər. Biz bu istiqamətdə işlər aparmağı planlaşdırırıq. Çünki bir çox hallarda sənədlərdə göstərilən yaşla əsl yaş göstəricisi üst-üstə düşmür. Odur ki, bəzən müxtəlif saytların və TV-lərin sənədə istinadən yaydıqları ən yaşlı insan haqqında məlumatın real əsası olmur".
Dünyanın ən yaşlı sakininin hazırda 116 yaşlı Yaponiya sakini olduğunu deyən U.Həşimova bildirib ki, institut tərəfindən cənub rayonlarında aparılmış tədqiqatların nəticələrinə əsasən, son 3 ildə Azərbaycanın ən yaşlı uzunömürlü (yəni, yaşı verifikasiya olunmuş) sakini Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Məmmədova olub.
Lakin o, hesab edir ki, Azərbaycanda bundan da yaşlı insanlar ola bilər. Ona görə də institut yeni rayonlarda tədqiqatlar aparmağı planlaşdırır.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 688 Tarix: 06 mart 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan
28.03.2024 252 Bu avtomobillərlə taksi işləmək qadağan olunur
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad
28.03.2024 507 7-8 il əzab verdiyi arvadı gözünü itirib...
Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə
28.03.2024 260 "Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara
28.03.2024 344 Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə
28.03.2024 839 Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini
28.03.2024 125 Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl
13:09 0 "Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə
28.03.2024 232 Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi
13:01 0