Xalq artisti bu gün vəfat edən atasının YASINA GƏLMƏDİ AÇIQLAMA

Xalq artisti bu gün vəfat edən atasının YASINA GƏLMƏDİ AÇIQLAMA
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına ağır itki üz verib. Sənətçilərin atası Zakir Məmmədov 84 yaşında dünyasını dəyişib.

BiG.AZ xəbər verir ki, Gülyanaq Məmmədova bildirib ki, atasının 84 yaşı olsa da, heç bir xəstəliyi olmayıb:

“Bu hadisə bizim üçün gözlənilməz oldu, atam infarkt nəticəsində vəfat edib. O, Şəkidə doğulub boya başa çatdığı doğma yurdunda dəfn olunacaq. Bundan xəbərim yox idi, hazırda Azərbaycanda deyiləm, xaricdə qastrol səfərdəyəm. Çox təəssüf edirəm ki, dəfn mərasimində iştirak edə bilməyəcəm. Zəng edib baş sağlığı verən hər kəsə təşəkkür edirəm”.

Xalq artisti atası haqqında təəssüratlarını bölüşüb:

"Çox yaxşı insan idi, heç kimin xətrinə dəyməzdi. Yeganə təsəllim odur ki, atam çox gözəl və xoşbəxt ömür sürüb. Şükürlər olsun ki, övlad dağı görməyib, uşaqların daim ətrafında olub, qayğısına qalan həyatı yoldaşı olub”.

Publika.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1642 Tarix: 06.03.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər