Birinci vitse-prezident Xüsusi Məktəbin yeni tədris korpusunda - FOTOLAR

Birinci vitse-prezident Xüsusi Məktəbin yeni tədris korpusunda - FOTOLARMartın 5-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məruzə etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsdi.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasında və formalaşdırılmasında Heydər Əliyev Fondunun mühüm dəstəyi var. Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilənədək oğlanlar üçün açıq tipli xüsusi məktəb kimi fəaliyyət göstərən bu tədris ocağı Fondun təşəbbüsü ilə əsaslı təmir edilərək, zəruri tədris bazası ilə təchiz olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ildə DSX-nin Xüsusi Məktəbinin açılış mərasimində iştirak edib və həmin tədbirdə Heydər Əliyev Fondunun prezidentinə yeni korpusun inşası barədə məlumat verilib.

Yeni korpusun istifadəyə verilməsi ilə kursantlara daha keyfiyyətli təhsil vermək imkanları artıb. Burada zəngin ədəbiyyat fondu olan kitabxana yaradılıb, dərs otaqları ən yüksək səviyyədə qurulub və kursantların ixtiyarına verilib. Tədris ocağı müasir avadanlıqla təchiz olunub.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 12 illik təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb. Xüsusi Məktəb bu sistemin müstəsna əhəmiyyətli ilkin səviyyəsini təşkil edir. Yeni korpus istifadəyə verildikdən sonra burada təhsil alacaq kursantların sayının gələcəkdə 700 nəfərə çatdırılması mümkün olacaq.

Birinci vitse-prezident Mehriban Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşdü. Burada təhsil alanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, Azərbaycana ləyaqətli vətəndaş və peşəkar zabit kimi xidmət edəcəklərini dedilər.

Sonra kursantlar Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim etdilər.

Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzuladı.

Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib. 2015-ci ildən məzunları DSX-nin Akademiyasında təhsil alan məktəbin Nizamnaməsinə əsasən kursantların maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyat bacarıqlarına yiyələnmələri, milli mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmaları onları Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlayır.

DSX Xüsusi Məktəbinin yeni korpusunun ümumi sahəsi 11 min kvadratmetrdir. Burada 23 ümumi, 8 ixtisaslaşmış tədris, məntiq, fərdi hazırlıq sinifləri və 400 nəfərlik yataq otaqları yaradılıb.

Kursantların idmanla məşğul olmaları üçün hərtərəfli şərait var. Təhsil ocağının su hovuzu müasir səviyyədə qurulub. Təhsil kompleksinin interaktiv atış kabineti də zəruri avadanlıqla təchiz edilib. Burada kursantlar atıcılıq üzrə vərdişlərini zənginləşdirirlər. Kursant yeməkxanasında da şəxsi heyətin qidalanması üçün zəruri şərait yaradılıb. Bütün kompleks üzrə videomüşahidə sistemi tətbiq edilib. Bunun sayəsində də tədris prosesi və kursantların dərsdən sonrakı fəaliyyətləri nəzarətdə saxlanılır.

Burada kursantların asudə vaxtlarını faydalı keçirmələri, intellektual və yaradıcı məşğuliyyətləri üçün də geniş imkanlar yaradılıb. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıqlar salınıb, 1000-dən çox ağac əkilib. İnşaat işləri zamanı kompleksdə müasir səviyyədə yeni sıra meydanı yaradılıb. Bundan başqa, kursantların atçılıq hazırlığı ilə məşğul olmaları üçün şərait var. Məktəbin ərazisində peyntbol və digər idman meydançaları da kursantların ixtiyarına verilib.

Sonda xatirə şəkli çəkdirildi.
Birinci vitse-prezident Xüsusi Məktəbin yeni tədris korpusunda - FOTOLARBirinci vitse-prezident Xüsusi Məktəbin yeni tədris korpusunda - FOTOLARBirinci vitse-prezident Xüsusi Məktəbin yeni tədris korpusunda - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1291   Tarix: 05 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 186
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 162
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 128
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 162
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 126
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24.04.2024 1615
.

İsrail Qəzzaya hücum etdi: 6 fələstinli öldü

İsrail Qəzza sektorundakı Rafah şəhərinə və Nusayrat qaçqın düşərgəsinə hücum edib. BİG.AZ xəbər verir ki, hücumu nəticəsində azı 6 fələstinli ölüb, bir çox insan isə yaralanıb. Məlumata görə, hadisə nəticəsində bir çox insan xəsarət alıb və dağıntılar altında olan itkin düşənlərin axtarışı davam edir

24.04.2024 56
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

24.04.2024 237